Ukrayna Rusiyanın mühüm neft obyektlərini vurdu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Volqoqrad vilayətində yerləşən neftin ixraca hazırlanması və nəqli sexinə, həmçinin Krasnodar diyUarının Volna qəsəbəsindəki “Tamannefteqaz” terminalına zərbələr endirib. Medıaxeberlerı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, iyunun 13-nə keçən gecə Ukrayna qüvvələri Volqoqrad vilayətindəki neft emalı və ötürülməsi obyektinə zərbə endirib. Hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın baş verib. Eyni zamanda Ukrayna qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən “Tamannefteqaz” neft-qaz terminalına zərbə endirib. Nəticədə neft məhsulları saxlanılan çənlər, kompleksin infrastrukturu və Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin mövqeləri zədələnib.





















