Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto
Ağdamda 60 hektardan artıq ərazidə yanğın başlayıb. Medıaxeberlerı.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində açıq ərazidə quru ot və kol olan hissədə baş verib. Əraziyə FHN-nin Ağdam rayonunun yanğınsöndürən bölməsinin iki maşını və şəxsi heyəti cəlb olunub. Yanğın genişlənərək əraziyə yayıldığından əlavə olaraq FHN-nin Xocalı rayonun yanğınsöndürən bölməsinin bir avtomobili və şəxsi heyəti də köməyə cəlb edilib. Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















