18 yaşlı gənc ağır qəza törətdi: ölən var
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb. 2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə həmkəndlisi, piyada, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub. Yaralı xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















