Yasamalda obyektdə güclü yanğın - Video
Bakının Yasamal rayonunda yerləşən obyektdə yanğın baş verib. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın olması barədə məlumat daxil olub. Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. *** Həsən bəy Zərdabi küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.





















