Samuxda yas mərasimində kütləvi zəhərlənmə
Samuxda yas mərasimində kütləvi zəhərlənmə olub. Mediaxeberleri.Az “Unikal”a istinadla xəbər verir ki, hadisə rayonu Lək kəndində baş verib. Belə ki kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə, həmin şəxslər kəndə yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















