Novxanıda yanan "AF Hotel" kimindir? – "EuroHome"un sahibinin növbəti obyekti alovlar içində
Bakının Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğının başlaması diqqəti yenidən sözügedən obyektin sahibinin kimliyinə yönəldib. Çünki alovlar içində qalan bu böyük kompleks və bundan əvvəl paytaxtda külə dönən nəhəng ticarət mərkəzi eyni iş adamına məxsusdur. Nocomment.az yanğın başlayan “AF Hotel & Aqua Park" kompleksinin sahibi tanınmış azərbaycanlı iş adamı Azay Möhnətovdur. O, ölkənin iri kommersiya strukturlarından olan "AF Holdinq" Şirkətlər Qrupunun prezidenti, "Uğur-97" şirkətinin rəhbəri və Azərbaycan Memarlar Birliyinin üzvüdür. Azay Möhnətovun adı mətbuata silsilə yanğın hadisələri ilə yad deyil. Belə ki, bundan əvvəl Bakı şəhərinin Binəqədi rayonunda yerləşən və paytaxtın ən böyük tikinti bazarlarından biri olan “EuroHome” tikinti materialları bazarında (ticarət mərkəzində) da dəhşətli və güclü yanğın hadisəsi qeydə alınmışdı. Həmin külə dönən ticarət mərkəzinin də rəhbəri və sahibi məhz iş adamı Azay Möhnətov idi. "EuroHome" faciəsindən sonra oliqarxın Novxanıdakı məşhur istirahət mərkəzi də eyni taleyi yaşayır.





















