Azərbaycanda imtahanından qayıdan şagirdlər qəzaya düşdü: xəsarət alanlar var
Cəlilabadda qəza nəticəsində xəsarət alanlardan 5 nəfərin şəxsiyyəti məlum olub. Qəza nəticəsində 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov xəsarət alıblar. *** Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb. Hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib. Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır.





















