Azər Əkbərli vəfat etdi
Azər Əkbərli bu gün dünyasını dəyişib. Qeyd edək ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının peşəkar həkimlərindən biri olub. Azər Əkbərli 2000-2007-ci illərdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sahə həkimi-terapevt kimi fəaliyyət göstərib. 2008-ci ildən etibarən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq işləyib. 2010-cu ildən isə həmin xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində çalışmağa davam edib. O, 2021-ci ildən etibarən Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində fəaliyyət göstərirdi. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Şirvanda tanınmış həkim vəfat edib.





















