Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb. "Report" xəbər verir ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















