Zori Balayan öldü
Xocalı soyqırımının təşəbbüskarlarından olan, erməni yazıçısı, şovinist ictimai-siyasi xadimi Zori Balayan ölüb. Bu barədə onun oğlu Ayk Balayan məlumat verib. Qeyd edək ki, Zori Balayan Azərbaycana qarşı ərazi iddiaları, separatçılığın əsas ideoloqlarından biri olub. Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri ilə ermənilər arasında məşhurlaşıb. Kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu ermənilərdən biri olan Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi olub. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi, ordumuzun Qarabağı işğal azad etməsi, Xocalının qisasının alınması Zori Balayanı zatən öldürmüşdü. İndi sadəcə torpağı murdarlayacaq. 





















