Məktəblilər arasında insident - 15 yaşlı yeniyetmə bıçaqlandı
Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb. Hadisə rayon Kür qəsəbəsində qeydə alınıb. Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədlini bıçaqlayıb. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















