Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“AZƏRBAYCANDA CİDDİ VƏ DAHA DƏRİN İSLAHATLARA EHTİYAC VAR” - “Əsas diqqət daxili məsələlərə yönəldilməlidir...”

  • Tarix: 15-12-2025, 11:50

Vahid Əhmədov:“Rusiyanı elə çökdürmək istəyirlər ki, bir daha özünə gələ bilməsin… Zatən gec-tez parçalanacaq”

“İnanmıram ki, Ukrayna məğlub dövlət olmaqla barışsın”

Baş nazirin keçmiş müavini, istiqlalçı millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibə verib. Müsahibənin ikinci hissəsini oxucularımıza təqdim edirik:

(Birinci hissə https://mediaxeberleri.az/index.php?newsid=22497)

– Vahid müəllim, qeyri-rəsmi məlumatlara görə, maliyyə vəsaitlərinə qənaət üçün büdcə sektorunda 20 faizə qədər ixtisar aparılması gözlənilir. Siz də qeyd edirsiz ki, hökumətdə bu qədər qurumlara, təşkilatlara ehtiyac yoxdur. Amma məsələnin sosial tərəfinə baxanda, Azərbaycanda məşğulluq problemi var, işsizliyin səviyyəsi yüksəkdir. Sizcə, ixtisarlar hansı nəticələrə gətirib çıxara bilər?

– İslahatlar aparılarkən bunu tədricən və yumşaq şəkildə həyata keçirmək olar ki, ciddi problemlər yaranmasın. Ancaq maliyyə vəsaitlərinə qənaət üçün islahat adı altında sadəcə ixtisarlar aparmaq və insanları işdən çıxarmaq başa düşülən deyil. İnsanlar bunu qəbul etmir. Dövlət başçısı da dəfələrlə qeyd edib ki, Azərbaycanda yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq ölkə artıq yeni bir mərhələyə qədəm qoyub. Müharibədən sonrakı dövrdə Azərbaycanda ciddi və dərin islahatlara ehtiyac var. Bu islahatlar institusional xarakter daşımalı, hətta zərurət yaranarsa referendum yolu ilə dəstəklənməlidir. Bəli, bu gün Azərbaycanda bu qədər nazirliyə, dövlət komitəsinə və quruma ehtiyac yoxdur. Onlar birləşdirilməlidir. Nəticədə işdən azad olunan insanlar da əmək bazarına çıxaraq özlərinə yeni iş tapa bilməlidirlər. Bu prosesdə hökumət müəyyən müddət ərzində vaxt verməli, əlavə sosial vəsaitlər ayırmalı və iş tapana qədər bu şəxsləri dəstəkləməlidir. Ancaq bu islahatlar labüddür və həyata keçirilməlidir. Unutmayaq ki, 30 ildən çoxdur müstəqil yaşayırıq və ən vacibi, torpaqlarımız işğaldan azad olunub. Həmin ərazilərdə indi genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, kənd təsərrüfatı və sənaye sahələri yaradılır, yeni iqtisadi zonalar formalaşdırılır və əlavə gəlir mənbələri meydana çıxır. Bütün bunlar isə islahatlara olan ehtiyacı daha da artırır. Bu islahatlar yalnız bu gün üçün yox, gələcək nəsillər üçün də vacibdir. Məsələ təkcə hansısa bir nazirlikdə işçilərin ixtisar olunması deyil. Əgər bütövlükdə ölkə üzrə büdcə sektorunda ixtisarlar aparılacaqsa, bu, sistemli və düşünülmüş şəkildə edilməlidir.

Mən baxıram, təhsil və mədəniyyət sahələrində regional idarələr yaradıblar, amma eyni zamanda yerlərdə əvvəlki strukturlar da saxlanılıb. Bu isə səmərəlilik yaratmır. 14 xüsusi nümayəndəlik saxlamaq başqa məsələdir, 70-dən çox icra orqanı saxlamaq isə tamam başqa yükdür. Bu, böyük maliyyə xərci deməkdir. Halbuki cənab Prezidentin tapşırığı ilə Qarabağda işlər sürətlə gedir, əkin sahələri yaradılır, sənaye zonaları formalaşdırılır və bu proseslər o qədər də böyük saxlanma xərcləri tələb etmir. Əhali sayı və real ehtiyaclar nəzərə alınmadan struktur saxlanılması islahat deyil. Əsl islahat həmişə effekt verir və çox ciddi nəticələr ortaya qoyur. Azərbaycanda da gec-tez bu cür dərin və sistemli islahatlara başlanılmalıdır.

– Sizcə, referendum gələn il baş tuta bilərmi? Referendumun əhatə edəcəyi əsas islahatlar nələr ola bilər?

– Birincisi, bunun siyasi tərəfi var. Mən bunu bir neçə dəfə qeyd etmişəm. Məsələn, vitse-prezident institutu ilə Nazirlər Kabineti arasında seçim edilməlidir. Bu iki modeldən birinə üstünlük verilməlidir. Baxın, Amerika kimi dövlətlərdə vitse-prezident institutu mövcuddur, Prezident Administrasiyası işləyir və bu, ciddi problem yaratmır. Mənə elə gəlir ki, Azərbaycanda da artıq bu mərhələyə gəlib çatmışıq. Əgər Nazirlər Kabineti saxlanılırsa, bu, daha çox sovet dövründən qalan bir idarəetmə modelidir. Bu məsələlərdə yekun qərarı dövlət başçısı, cənab İlham Əliyev verir. Ancaq görünən odur ki, ölkədə ikinci mərhələli, daha dərin siyasi islahatlara ehtiyac var. Bu, parlamentlə bağlı islahatları da əhatə edə bilər. Çoxpartiyalı sistemin real tətbiqi, proporsional seçki sisteminin bərpası müzakirə oluna bilər. Həmçinin, millət vəkillərinin sayının artırılması məsələsi də gündəmə gələ bilər. Bütün bunlar hazırda müzakirə obyekti olan məsələlərdir.

Digər istiqamət isə Prezidentin yerlərdəki səlahiyyətli nümayəndələri ilə bağlıdır. Bu məsələlər Konstitusiyada öz əksini tapmalıdır. Yerli idarəetmənin səlahiyyətləri, strukturu və məsuliyyəti daha aydın şəkildə müəyyənləşdirilməlidir.



-Sizcə, bəs Naxçıvanın status ilə bağlı hansı addımlar atılmalıdır?

– Naxçıvanla bağlı məsələ faktiki olaraq artıq həllini tapıb. Müvafiq idarəetmə orqanları formalaşıb və orada ciddi problem görmürəm. Yerli parlament varsa, fəaliyyət göstərsin – bunda heç bir problem yoxdur. Məsələn, Amerikada hər bir ştatın öz büdcəsi var, öz qərarlarını verir və bu, normal idarəetmə modelidir. Naxçıvanla bağlı əsas məsələ Ermənistanla sərhədin təhlükəsizliyinin gücləndirilməsidir. Bu sərhəd çox ciddi nəzarətdə saxlanılmalıdır. Son vaxtlar eşidirik ki, Sədərək rayonunun başqa bir rayonla birləşdirilməsi məsələsi müzakirə olunur. Birləşmə ola bilər, bunda problem yoxdur. Amma əsas prioritet sərhəd təhlükəsizliyidir. Çünki Naxçıvan Azərbaycan üçün strateji əhəmiyyətə malik bölgədir. Təxminən 2027–2028-ci illərdə Zəngəzur dəhlizinin tam istifadəyə verilməsi gözlənilir. Azərbaycan tərəfində demək olar ki, bütün işlər yekunlaşıb. Ermənistan tərəfdə isə təxminən 43 kilometrlik hissə qalır. Ermənistan rəhbərliyinin bu istiqamətdə yeni şirkət yaratmaqla bağlı açıqlamaları da var. Bu məsələdə dövlət başçısı çox düzgün strategiya seçib və logistikaya xüsusi önəm verir.

Biz qeyri-neft sektorundan danışırıqsa, logistika onun ən vacib qollarından biridir. Əgər Zəngəzur dəhlizi açılarsa, həm dəmir yolu, həm də avtomobil yolu vasitəsilə böyük gəlirlər əldə etmək mümkün olacaq. Düzdür, bu layihəyə qarşı olan ölkələr də var – Rusiya, İran və digərləri. Amma artıq bu məsələ öz həllini tapmaq üzrədir. Çünki beynəlxalq səviyyədə, o cümlədən ABŞ-nin iştirakı ilə müəyyən razılaşmalar əldə olunub. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, bu yol mütləq açılacaq və faktiki olaraq bu mövqe öz təsdiqini tapır.

– Gələn il Ermənistanla sülh sazişinin imzalanmasını gözləyirsinizmi, yoxsa seçkilərin nəticəsi həlledici olacaq?

– Hazırda Ermənistanda seçkilər ərəfəsində ciddi daxili siyasi mübarizə gedir. Mən bunu müşahidə edirəm: hakimiyyət nümayəndələri əhali arasında aktiv şəkildə görüşlər keçirir, insanlarla birbaşa ünsiyyət qururlar. Bu, onu göstərir ki, proses hələ yekunlaşmayıb. Əlbəttə, Rusiya istəyərdi ki, Ermənistanda ona daha loyal, sakit şəkildə idarə olunan bir hökumət formalaşsın. Amma mən inanmıram ki, bu, real ssenaridir. Çünki Rusiyanın özünün vəziyyəti hazırda olduqca ağırdır. Ukrayna müharibəsi fonunda Rusiya həm siyasi, həm də iqtisadi baxımdan ciddi problemlərlə üz-üzədir. Açıq desək, müəyyən mənada bu vəziyyətdə Rusiyanın ayaqda qalmasında ABŞ-nin dolayı təsiri də olub. Əks halda, Rusiya daha ağır nəticələrlə qarşılaşa bilərdi. İqtisadi baxımdan Rusiya ciddi çətinliklər yaşayır. Düzdür, Çin və Şimali Koreyadan müəyyən dəstək alırlar, amma daxili istehsal zəif olduğu halda bu, uzunmüddətli həll yolu deyil.

Zəngəzur dəhlizinin açılmasına gəlincə, hesab edirəm ki, bu prosesin qarşısını heç kim ala bilməz. Nə İran, nə Rusiya, nə də başqa bir dövlət bu dəhlizin açılmasına real maneə törədə biləcək gücdə deyil. Çünki bu layihədə ABŞ də maraqlıdır və Azərbaycanın beynəlxalq tərəfdaşlarla münasibətləri kifayət qədər yüksək səviyyədədir. Diqqət yetirsəniz, Donald Tramp çıxışlarında dəfələrlə Azərbaycan–Ermənistan münasibətlərinə və sülh prosesinə toxunub. Bu da həmin mövzunun Vaşinqton üçün əhəmiyyət daşıdığını göstərir. Amma bütün bunlarla yanaşı, hesab edirəm ki, Azərbaycan əsas diqqətini daxili məsələlərə yönəltməlidir. Xüsusilə iqtisadi islahatlar və insanların rifahının yaxşılaşdırılması prioritet olmalıdır. Bu, Azərbaycan hökumətinin əsas vəzifəsidir.

Eyni zamanda, Ermənistan–Avropa İttifaqı münasibətlərində baş verən bəzi proseslər də diqqətlə izlənilməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu yaxınlarda bəyanat yayaraq qeyd edib ki, Avropa İttifaqı ilə Ermənistan arasında müzakirə olunan bəzi müddəalar sülh prosesinə zərbə vura bilər.

–Avropa İttifaqı ilə Ermənistan arasında razılaşmada yer alan bəzi müddəalar, məsələn, Qarabağı tərk etmiş ermənilərin “hüquqlarının müdafiəsi” ilə bağlı məsələlər doğrudan da sülh prosesinə mənfi təsir göstərə bilərmi?

– Mən hesab edirəm ki, bu mümkün deyil. Aparılan siyasət onu göstərir ki, Paşinyan olsa da, olmasa da, cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bu saziş imzalanacaq. Hətta sabah Paşinyan seçilməsə belə, kim gəlsə də, bu proses davam edəcək. Çünki ortada başqa bir dövlət olsaydı, mən buna inanmazdım. Amma Amerika bu işin içindədir və sazişin imzalanacağını gözləyirəm. Hətta 2026-cı ilin təxminən avqust ayına qədər bu sazişin imzalanacağını düşünürəm. Çünki faktiki olaraq hazırda elə ciddi bir problem qalmayıb. Müəyyən təzyiqlər var, əlbəttə… Bizə qarşı həm Rusiyadan, həm də İrandan müəyyən təhdidlər mövcuddur. Zəngəzur dəhlizi ilə bağlı da müəyyən məsələlər var. Amma mən burada ciddi problem görmürəm. Mən problemi daha çox Ukrayna müharibəsində görürəm.

-Hansı problemləri nəzərdə tutursunuz?

-Belə görünür ki, Ukraynanın bu münaqişədən qalib dövlət kimi çıxmasını istəmirlər. Son vaxtlar Rusiya tərəfindən iki dəfə təkliflər oldu. Putinlə görüşlər keçirildi, Zelenski ilə görüşlər baş tutdu. Zelenski son günlər Avropada da görüşlər keçirdi və orada müəyyən dəyişikliklərə hazır olduqlarını bildirdi. Mən belə başa düşürəm ki, Zelenskinin dəyişdirilməsini istəyirlər. Elə bir adam gətirmək istəyirlər ki, o, təslimçilik xarakterli bir müqaviləyə imza atsın. Mən Ukraynanı çox yaxşı tanıyıram. Orada əsgərlikdə olmuşam, dostlarım var. Kuçma dövrünü də yaxşı xatırlayıram, mərhum Kravçukla yaxın münasibətdə olmuşam. Mən inanmıram ki, Ukrayna məğlub dövlət olmaqla barışsın. Sabah hökumət razılaşsa belə, bu, cəmiyyətdə ciddi narazılıq yaradacaq. Burada məsələ elə həll olunmalıdır ki, Ukraynanın uduzması MDB dövlətləri üçün ciddi problemlər yaratmasın. O cümlədən bu, Avropa üçün çox ciddi təhlükələr yarada bilər. Digər tərəfdən də Rusiyaya “dur” deyən bir qüvvə olmalıdır. Çünki Rusiya bu işğalçılıq siyasətini əvvəllər Gürcüstanda apardı, bir nəfər bir söz demədi. Sonra Moldovada oxşar vəziyyət yarandı, yenə reaksiya olmadı. İndi Ukraynada bu vəziyyət yaranıb, amma hələ də qəti mövqe yoxdur. Təkliflər isə əsasən “sən torpaq ver” məntiqi üzərində qurulub.

- Amma Azərbaycan vaxtında vəziyyətdən uduşla çıxa bildi…

- Əgər İlham Əliyev zəif lider olsaydı, Azərbaycan Qarabağı azad edə bilməzdi. Amma apardığı siyasət, güclü ordu quruculuğu və beynəlxalq müstəvidə görülən işlər nəticəsində Azərbaycan həm güclü ordu yaratdı, həm də torpaqlarını işğaldan azad etdi. 200 il ərzində torpaqlarımız əldən gedirdi, bu isə ilk dəfə idi ki, geri qaytarıldı. Mən bunu çox yüksək qiymətləndirirəm.

Hazırda bizim üçün əsas problemlərdən biri sosial məsələlərdir. Amma bunlar zamanla öz həllini tapacaq. Ukrayna məsələsi isə həqiqətən çox ciddidir. Mən görürəm ki, dəyişikliklər istəyirlər. Digər tərəfdən isə Trampın apardığı siyasətin Rusiyanı çökdürməyə hesablandığını görürəm. Rusiyanı elə çökdürmək istəyirlər ki, bir daha özünə gələ bilməsin. Zatən Rusiya gec-tez parçalanacaq.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

"AzPolitika.info"


Oxunub: 3 432
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.