Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
  • Özbəkistanla əbədi dost olduq - RƏSMİ
  • İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
  • Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
  • Bakıda qadın "TikTok"da canlı yayımda öldü
  • Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
  • Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
  • Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
  • İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
  • Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
  • Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
  • "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
  • Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
  • Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
  • Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
  • Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
  • Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Zakir Bəxtiyar poeziyası Vətən, yaddaş, insan ruhunun poetik salnaməsidir

  • Tarix: 5-05-2026, 21:02

Poeziya insan ruhuna təsadüfi hakim kəsilmir.Onun gücü sözün sadə ifadəsində deyil, sözün arxasında gizlənən duyğunun, ağrının, sevincin və ilahi bir nəfəsin varlığındadır.İnsan gündəlik həyatda gördüklərini yaşayır, lakin şair gördüklərindən daha artığını hiss edir, görünməyəni görür, deyilməyəni deyir, susulanı səsləndirir.Məhz buna görə də poeziya adi düşüncənin çata bilmədiyi yerlərə yol tapır.Şair dünyası ilə sıradan insan dünyası arasındakı fərq də buradan başlanır. Sıradan insan hadisələri qəbul edir,şair isə onları yenidən yaradır.Sıradan insan ağrını yaşayır, şair o ağrını sözə çevirib başqalarının qəlbinə köçürür.Poeziyanın möcüzəsi də məhz bundadır.Poeziya fərdi hissi ümumbəşəri duyğuya çevirə bilir.Birinsanın qəlbində doğulan hiss minlərlə insanın ürəyində əks-səda verir. Bu, sözün ilahiləşdiyi məqamdır.Zakir Bəxtiyar poeziyası da məhz bu ilahi nəfəsin daşıyıcısıdır.Onun yaradıcılığı olduqca zəngin, çoxqatlı və dərin emosional məzmun daşıyan bir poetik dünyadır.Bu şeirlərdə həm fərdi taleyin ağrıları, həm də ümummilliyaddaşın izləri bir-birinə qovuşur.Bu poeziyanı anlamaq üçün əsasən bir neçə aparıcı xətti diqqətə almaq lazımdır.Vətən sevgisi, ata həsrəti, təbiətə bağlılıq, məhəbbət lirizmi və həyatın fəlsəfi dərki şairin yaradıcılığında olduqca inandırıcıdır.  


Mən Zakir Bəxtiyarı hələ orta məktəb illərindən ustad aşıq Cəlala xitabən yazdığı “Salam de” şeiri ilə tanıdım.Tale elə gətirdi ki, tələbəlik illərimdə onunla qoşuluqda kirayədə yaşadım.Ailəsini tanıdım, övladlarını sevdim.Böyük yaradıcı, duyğulu şair, qayğıkeş və çox səmimi bir insan kimi ruhuma, könlümə yazdım bu söz adamını, elə-oba təəssübkeşini.Hərdən yığışıb onun həyətində manqal yandırardıq, çaldığı saz havalarını dinləyərdik, şeirlərinə könül verərdik.Hətta mənim ilk hekayəmi də Zakir müəllim çap etmişdi redaktoru olduğu “Şinçi qəzetində.”Beləcə ən xoş günər, illər yaşadım onunla qonşuluqda.Zakir müəllim həm də mənim dayım oğlu şair Rafael İncəyurdla bir həyətdə yaşayırdı.Bir gündə-1984-cü ildə mən jurnalistika fakültəsini bitirib təyinatla Yardımlı rayonunda çıxan qəzetdə işləməyə getdim. Həmin illərdə görüşlərimizə ara verildi və ancaq mən Bakıya gələndə görüşürdük.

Kim idi Zakir Bəxtiyar, hansı ocağın, hansı yudun söz oğlu idi?

Zakir Bəxtiyar 1944-cü il sentyabrın 1 də ikinci dünya müharibəsi dövründə Qazax rayonunun Kəmərli kəndində saz-söz ustası Bəxtiyar kişinin ocağında dünyaya gəlib. O, ailənin son beşiyi idi. Bir il sonra atası müharibədə yaralanır və aldığı yaradan bir neçə ay sonra vəfat edir. 1966-cı ildə ADU-nun filologiya-jurnalistika fakultəsinə qəbul olur və oranı müvəffəqiyyətlə bitirir.Hərbi xidmətini Sovet ordusu sıralarında Qərbi Sibirdə yerinə yetirir.Hərbi xidmətdən qayıdandan sonara müxbir kimi ilk yaradıcılıq fəaliyyətinə Abşeron rayonunda çıxan "Abşeron" qəzetində başlayır. Sonralar "Kommunist", "Şinçi", "Çağ", "Aydınlıq", "Fermer", "Azərbaycan bələdiyyəsi-1" və "Mənim Azərbaycanım" qəzetlərində xüsusi müxbir, məsul katib, redaktor, şöbə müdiri, baş redaktor olur, jurnalist kimi böyük nüfuz qazanır. Bədi yaradıcılığını-poeziyasını da parallel davam etdirir Zakir müəllim.Çalışdığı ən son qəzet isə "Mənim Azərbaycanım" olur.Qəzetinin təsisçisi olaraq onu mətbuat dünyasında sayılıb-seçilən mətbu orqana çevirir.Zakir müəllim çox sayda kitabın da redaktoru kimi öz istedadını göstərib. Onun "Gəncliyim", "Kərəm yanğısı", "Sən mənə bənzəmə" və "Bəxtiyarlı günlərim" kitabları indi də oxucularının sevimli kitabı kimi əl-əl gəzir, şeir sevənlərin ruhunu qidalandırır. O, həm də keçmiş SSRİ-nin Jurnalistlər İttifaqının üzvü idi. Moskvada bir çox xüsusi diplomlarla təltif edilmişdir.Bu gün mənim Zakir Bəxtiyar yaradıcılığına müraciətim, onu təhlil edib məna qatlarını və dəyərini oxuculara çatdırmağım isə böyük söz ustadına, elimin sadə, şərəfli oğluna bir vəfa borcumdur.

Zakir Bəxtiyarın poeziyasında Vətən obrazı müqəddəs və toxunulmazdır. “Mənim Azərbaycanım” şeirində bu sevgi həm tarixi yaddaş, həm də qəhrəmanlıq ruhu ilə təqdim olunur:

“Qəhrəmanlar yetirdi

Mənim Azərbaycanım!”

Burada Vətən sadəcə coğrafi məkan deyil, igidlərin yetişdiyi, tarix yazan bir ruh məkanıdır. Şair Babək və Koroğlu kimi obrazlara işarə etməklə milli kimliyi möhkəmləndirir:

“Babəkli, Koroğlulu

Mənim Azərbaycanım!”

“Vətəninndir” şeirində isə daha fəlsəfi yanaşma var. Şair insanın bütün varlığını Vətənə aid edir:

“Sinəmdəki vuran ürək

Mənim deyil, Vətənindir!”

Bu misra onun poeziyasında vətənpərvərliyin zirvəsini ifadə edir.

Şairin yaradıcılığında ən təsirli və fərdi qat ata itkisi ilə bağlıdır.Böyük Vətən Müharibəsində atasını itirməsi onun şeirlərində dərin iz buraxıb. “Mən atasız” və “Otuz ildir” şeirləri bu baxımdan xüsusilə sarsıdıcıdır:

“Sən atalı böyümüsən

Mən atasız...”

Bu sadə, amma güclü təkrar poetik təsiri artırır və uşaqlıq travmasını oxucuya hiss etdirir. “Otuz ildir” şeirində isə susmuş saz simvolu ilə həm ata yoxluğu, həm də kəsilmiş həyat ritmi verilir:

“Nə saz dinib, nə sim dinib,

Otuz ildir.”

Burada saz yalnız musiqi aləti deyil, həm də ailə ocağının, ruhun simvoludur.

Zakir Bəxtiyarın poeziyasında təbiət canlı, nəfəs alan bir varlıq kimi təqdim olunur. “Kürüm Arazım mənim” şeirində çaylar həm vətən, həm də qayıdış arzusunun simvoludur:

“Gizlət qoynunda məni,

Saxla boynunda məni.”

Burada çay ana kimi qoruyucu obraz alır. “Kəmərli kəndim” və “Neyləyim” şeirlərində isə doğma kənd obrazı nostalji və həsrətlə təqdim olunur:

“Həsrətlə baxıram Qılınc kəndinə”

Bu misrada yurd itkisi, ayrılıq və yaddaş motivləri güclüdür.

Şairin sevgi şeirləri də sadə, təbii və səmimidir. “Təkcə sən baxanda...” şeirində sevgi həm ağrı, həm də yaşama səbəbi kimi verilir:

“Bil ki, bu dünyada qocalanda da,

Təkcə sən baxanda od olacam mən!”

Burada sevgi zamanla sönməyən bir enerji kimi təqdim olunur.

“Gözlərimin işığı” şeirində isə məhəbbət saf və zərif obrazlarla ifadə edilir:

“Qəlbimdə bir həzin duyğu oyansa

Zümrüd bulaqlardan durusan, gülüm.”

“Yaşayırıq...” şeiri Zakir Bəxtiyar poeziyasında fəlsəfi qatın ən parlaq nümunələrindəndir. Şair insan həyatının mənasızlıq və məna axtarışı arasında qaldığını göstərir:

“Qınayırıq ömrümüzü,

Qınamırıq özümüzü.”

Bu misralar özünüdərk və tənqid motivini önə çıxarır.

Eyni zamanda insanın zəifliyi və faniliyi belə ifadə olunur:

“Bir sısqanın qırağında yaşayırıq.”

Zakir Bəxtiyarın şeirlərinə xas əsas xüsusiyyətlər sadə və axıcı dil, xalq ruhuna yaxınlıq, (aşıq poeziyasının təsiri) təkrarların emosional güc yaratması, musiqili ritm və ahəng, obrazların təbii və səmimi olmasıdır.Onun poeziyası həqiqətən də “çeşmə kimi qaynayan” bir axıcılığa malikdir.

Zakir Bəxtiyar poeziyası fərdi taleyin ağrıları ilə milli ruhun vəhdətidir.Onun şeirlərində Vətən müqəddəs dəyərdir.Ata itkisi ömürlük yaradır.Təbiət doğma yurdun simvoludur.Sevgi həm ağrı, həm xilasedicidir.Həyat isə dərk olunmağa çalışılan bir sirrdir.Baxın bu cür poeziya oxucunu həm kövrəldir, həm düşündürür, həm də mənəvi olaraq zənginləşdirir.Zakir Bəxtiyar yaradıcılığı bütövlükdə milli yaddaşın, şəxsi taleyin və mənəvi dəyərlərin vəhdətindən yaranan bir poetik dünyadır.Onun şeirlərində həm fərdi ağrı, həm də ictimai məsuliyyət paralel şəkildə inkişaf edir. Bu baxımdan “Ay Mürsəl qağa” və “Salam de” şeirləri şairin insana, el ağsaqqallarına, dostluğa və mənəvi bağlara münasibətini daha aydın şəkildə ortaya qoyur. “Ay Mürsəl qağa” şeri aydın görünür ki, şəxsiyyətə ehtiram və mənəvi borcdan yaranıb. Bu şeir konkret bir şəxsə ithaf olunsa da, ümumiləşmiş şəkildə ziyalı obrazının poetik portretidir:

“Bilirəm kamalın dərindən dərin,

Bir elin varısan, ay Mürsəl qağa.”

Burada “bir elin varı” ifadəsi onun mənəvi miras daşıyıcısı olduğunu göstərir.

“Duyğuyla bir kəsə baxan gözlərin

İnləyən tarısan, ay Mürsəl qağa.”

Bu təşbeh obrazın həm həssaslığını, həm də daxili zənginliyini açır.

“Dedin Qoç Koroğlu Kəmərli oldu

Oxuduq, inandıq, ay Mürsəl qağa.”

Bu misralarda tarix, folklor və milli yaddaş birləşir.Bu şeir ziyalıya hörmətin, mənəvi müəllimə bağlılığın və el yaddaşına sədaqətin poetik ifadəsidir.

Şairin “Salam de” şeriri isə yaddaşın və ünsiyyətin poetik formasıdır.Bu şeir xalq poeziyasının ruhunu yaşadır. Burada “salam” anlayışı mənəvi bağların qorunması kimi təqdim olunur:

“Aşıq Cəlal, dindirəndə sazını,

Oğulların qoçağına salam de!”

Şair doğma məkanları və insanları bir-bir xatırlayır:

“Kəmərlinin meşəsinə, düzünə,

Hər kim olsa sözünü de üzünə.”

“Bəbiroğlu Hümmət dayımın özünə,

Nəvəsinə, uşağına salam de!”

Sonda şair öz ocağını da bu mənəvi zəncirə qoşur:

“Bəxtiyarın ocağına salam de!”

Bu şeir yaddaşın, bağlılığın və el birliyinin ən duyğulu poetik ifadəsidir.

Bu iki şeir Zakir Bəxtiyar yaradıcılığında insan və cəmiyyət münasibətlərini, ziyalıya ehtiramı, el birliyini, mənəvi körpülərin qurulmasını aydın şəkildə əks etdirir.

Zakir Bəxtiyar poeziyası yalnız hisslərin deyil, həm də münasibətlərin poeziyasıdır.Bu yaradıcılıq insanı öz kökünə bağlayan, yaddaşı yaşadan, ruhu saflaşdıran bir söz dünyasıdır.Onun misralarında Vətən sevgisi müqəddəsləşir, ata həsrəti əbədiləşir, insan qəlbinin ən incə telləri səslənir.Poeziyanın ilahi dəyəri isə ondadır ki, o, insanın içində gizlənən işığı oyadır.Söz bəzən bir dua kimi ucalır, bəzən bir ah kimi yanır, bəzən isə bir ümid kimi doğur.Şair bu işığın daşıyıcısıdır – görünməyən aləmlə görünən dünya arasında körpü salan bir ruh adamıdır.Zakir Bəxtiyar da məhz belə şairlərdəndir. O, öz taleyinin ağrısını sözə çevirərək onu ümumxalq duyğusuna yüksəldib. Onun poeziyasında bir insanın kədəri bir elin yaddaşına çevrilir, bir ürəyin səsi bütöv bir Vətənin nəfəsi kimi eşidilir. 


Şairin söz dünyası bu gün də yaşayır sabah da yaşayacaq. Çünki bu poeziya yaşanıb və duyulub yazılıb.

Qalib Rəhimli





Oxunub: 3 337
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:34 | Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
    Bu gün, 19:31 | Özbəkistanla əbədi dost olduq - RƏSMİ
    Bu gün, 19:14 | İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
    Bu gün, 19:09 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
    Bu gün, 19:06 | Bakıda qadın "TikTok"da canlı yayımda öldü
    Bu gün, 18:53 | Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
    Bu gün, 18:43 | Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
    Bu gün, 18:04 | Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
    Bu gün, 17:43 | İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
    Bu gün, 16:46 | “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
    Bu gün, 16:39 | Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
    Bu gün, 16:25 | Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
    Bu gün, 16:21 | "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
    Bu gün, 16:16 | Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
    Bu gün, 15:50 | Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
    Bu gün, 14:25 | Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
    Bu gün, 14:23 | Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Bu gün, 14:22 | Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
    Bu gün, 14:20 | Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
    Bu gün, 14:17 | Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
    Bu gün, 13:00 | MM Özbəkistanla əbədi dostluq müqaviləsini təsdiqlədi
    Bu gün, 12:59 | 13 il əvvəl törədilən qətllə bağlı yeni məlumat...
    Bu gün, 12:57 | "Qarabağ" 4500 manat cərimələndi
    Bu gün, 09:07 | Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
    Bu gün, 09:06 | Sərnişinlər qapıların bağlanmasına mane oldular, qatar gecikdi - ADY-dən sərnişinlərə çağırış
    Bu gün, 09:04 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
    Bu gün, 09:02 | 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi
    Bu gün, 08:59 | Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı
    Dünən, 21:22 | Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
    Dünən, 21:18 | “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
    Dünən, 20:01 | Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
    Dünən, 19:59 | Bu şəxslərə xoş xəbər - Qərar
    Dünən, 18:06 | 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
    Dünən, 17:01 | Agentlik sədri yeni şöbə müdiri təyin etdi
    Dünən, 16:59 | Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
    Dünən, 16:21 | Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
    Dünən, 16:19 | Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
    Dünən, 16:17 | Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
    Dünən, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Dünən, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Dünən, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Dünən, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Dünən, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Dünən, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Dünən, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Dünən, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Dünən, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Dünən, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Dünən, 14:03 | “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
    Dünən, 14:00 | Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.