Fyodorov azərbaycanlıya yüksək vəzifə verdi
Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib. Medıaxeberlerı.az Report-a istinadla xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixayil Fyodorov imzalayıb. G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan - Odessanın prokuroru, 2015-ci ilin dekabrından - Odessa vilayəti prokurorunun müavini postunu tutub. Ukrayna hakimiyyəti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib. 2019-2021 ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















