Bu təyyarə Ukrayna müharibəsinin gedişatını dəyişə bilər
Uzaqmənzilli “Meteor” raketləri ilə təchiz olunmuş İsveçin “JAS 39 Qripen” qırıcı təyyarələri və AVACS təyyarələri Ukraynanın hava gücünü əhəmiyyətli dərəcədə artıra və Rusiya aviasiyası üçün ciddi problemlər yarada bilər. Mediaxeberleri.Az xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Boqdan Dolintse deyib. Onun sözlərinə görə, “Meteor” raketləri 200 kilometrə qədər məsafədə hava hədəflərini vurmaq qabiliyyətinə malikdir. Bununla yanaşı, Ukraynaya veriləcək “Qripen” versiyalarının radarları təxminən 140-150 kilometr aşkarlama məsafəsinə malikdir ki, bu da bu raketlərin potensialını tam şəkildə reallaşdırmasına mane olur. Ekspert qeyd edib ki, AVACS müşahidə təyyarələri də vəziyyəti dəyişə bilər. Onlar 450-550 kilometrə qədər məsafələrdə hava məkanını izləmək və hədəf məlumatlarını qırıcılara və raketlərə ötürmək qabiliyyətinə malikdir.





















