“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü - Foto
“Qarabağ”ın sabiq futbolçusu Caba Dvali 41 yaşında vəfat edib. Medıaxeberlerı.az xəbər verir ki, keçmiş hücumçu ürəktutmasından dünyasını dəyişib. Qeyd edək ki, o, karyerası ərzində Gürcüstanın “Dinamo” (Tiflis) və “Zestafoni” klublarının da formasını geyinib. Caba Dvali 2014-cü ildə Ağdam təmsilçisinin şərəfini qoruyub və cəmi 5 görüşdə meydana çıxıb. O, Gürcüstan milli komandasının heyətində isə bir oyun keçirib.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















