Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
  • Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
  • Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
  • Hörmüzdə daha bir tanker minaya düşdü
  • Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
  • Fransa Türkiyəni məğlub etdi
  • Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Kitabların işığında ömür yolu və ya Sevinc Bayramovanın mənəviyyat dünyası

  • Tarix: 15-05-2026, 21:10

Bəzən insanı tanımaq üçün onun haqqında deyilənlər kifayət etmir. Onun baxışlarına, danışığında gizlənən səmimiyyətə, həyat yolunda qoruduğu dəyərlərə nəzər salmaq lazımdır. Elə insanlar var ki, adlarını böyük tribunalardan deyil, insanların qəlbindən qazanırlar. Sevinc Bayramova da məhz belə insanlardandır. 


Onu ilk dəfə “Şuşa fatehi – Yunis Kazımov” kitabının Qazaxda keçirilən rayon miqyaslı möhtəşəm təqdimat mərasimində tanıdım. Zalda yüzlərlə insan vardı. Amma o tədbirdə diqqətimi ən çox çəkən məhz Sevinc xanımın sözlərindəki doğmalıq, Vətənə və kitaba bağlılıq, insan ruhunu isidən daxili zənginlik oldu. Sonralar onun haqqında daha çox araşdırdıqca anladım ki, bəzi insanların həyatı özü bir kitabdır. Səssiz, təmtəraqsız, amma çox dərin mənalı bir kitab…


1991-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunan Sevinc  1996-cı ildə ali təhsilini uğurla başa vurub. O gündən ömrünü kitaba, maarifə və insanlara həsr edib. Əmək fəaliyyətinə əvvəlcə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialında başlayan Sevinc Bayramova sonralar Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müxtəlif filiallarında filial müdiri kimi çalışıb.  Onun üçün kitabxana sadəcə iş yeri deyil. Ora onun mənəvi dünyasının ünvanıdır. Kitabları isə həyatın ən qiymətli sərvəti hesab edir. Sevinc xanım deyir ki, kitab insanın ruhunu saflaşdırır, düşüncələrini zənginləşdirir, həyata baxışını dəyişir. O, kitabı həmişə insanın ən sədaqətli dostu sayıb. “Kitab oxumaq dahilərlə dost olmaqdır” – deyəndə bunu sadəcə ifadə kimi yox, yaşadığı həyatın fəlsəfəsi kimi söyləyir. Onunla söhbət etdikcə hiss olunur ki, kitabxana onun üçün səssiz divarlar arasında qurulan adi bir məkan deyil. Ora insanların elmə sevgisinin nəfəs aldığı müqəddəs bir ünvandır. Oxucuların kitaba marağı, uşaqların sevinc dolu baxışları, yaşlı insanların kövrək xatirələri onun həyatının ayrılmaz hissəsinə çevrilib. 

Sevinc xanımın danışdığı xatirələr isə insanın ürəyinə toxunur. O, 90 yaşlı İnnab nənəni bu gün də ehtiram və sevgi ilə xatırlayır. Gözlərinin nuru zəifləsə də, Səməd Vurğunun şeirlərini əzbər söyləyən o nurani qadının kitaba bağlılığı Sevinc xanımı dərindən təsirləndirib. “Ahıllar Günü” münasibətilə keçirilən tədbirdə İnnab nənənin “Dəli Kür” romanını oxumaq istədiyini deməsi sanki bir ömrün yarımçıq qalan arzularının hayqırtısı idi. Vaxtilə Qazax Seminariyasının imtahanından keçən, lakin erkən ailə həyatı səbəbindən təhsilini davam etdirə bilməyən bu qadının ürəyindəki elm sevgisi illərin sınağından çıxaraq yaşayırdı. Sevinc xanım həmin anı xatırlayanda kövrəlir. Çünki o, kitabın insan ömrünü necə işıqlandırdığını öz gözləri ilə görüb. Bir başqa xatirəsi isə uşaqlarla bağlıdır. Balaca bir oğlanın kitabxanaya gəlib “Müəllimə, mən də kitab istəyirəm” deməsi, sonra isə “Kitabı cırmaq olmaz, kitabı cıranın əlləri kəsilər” söyləməsi Sevinc xanımın yaddaşında ən saf duyğulardan biri kimi qalıb. O uşağın kitaba qarşı qoruyucu sevgisi, məsum düşüncəsi kitabın xalqımızın yaddaşında necə müqəddəs yer tutduğunu göstərirdi.

Sevinc Bayramova yalnız peşəsinə bağlı kitabxanaçı deyil, həm də dəyərlərinə sadiq Azərbaycan qadınıdır. O, bütün uğurlarına görə valideynlərinə minnətdardır. Həyat yolunda qazandığı hər nailiyyətdə ata-ana zəhmətinin, tərbiyəsinin və dualarının payını xüsusi ehtiramla xatırlayır. 

Ailəsi isə onun ən böyük mənəvi dayağıdır. Yoldaşı Pərviz Alməmmədov uzun illər təhsil sahəsində çalışıb. Övladları da ailənin elmə və savada bağlı ənənəsini davam etdirirlər. Böyük oğlu Nicat Alməmmədli Azərbaycan Dövlət Neft və Sənaye Universitetini qırmızı diplomla bitirib, daha sonra magistr təhsili alıb. Qızı Nigar Alməmmədli Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Kiçik oğlu Ülvi Alməmmədli isə hazırda ali təhsilini davam etdirir. Bir ana kimi Sevinc xanım övladlarına yalnız təhsil verməyi deyil, həm də Vətən sevgisi, xalqa hörmət, milli-mənəvi dəyərlərə bağlılıq aşılamağı həyat missiyası sayıb. O, savadlı və ləyaqətli övlad yetişdirməyi insanın ən böyük uğuru hesab edir.

Sevinc Bayramovanın həyatında Vətən sevgisinin xüsusi yeri var. O, Azərbaycanın ağrısını da, qürurunu da ürəyində daşıyan insanlardandır. Şəhid adını eşidəndə gözləri dolan, o müqəddəs ad qarşısında səsini ehtiramla aşağı salan insanlardandır. Çünki o yaxşı bilir ki, bu torpağın azadlığı minlərlə oğulun qanı bahasına qazanılıb. O, şəhid ailələri ilə görüşlərdə hər zaman xüsusi həssaslıq nümayiş etdirib. Şəhid analarının kədərini bölüşməyi, onların yanında olmağı özünə insanlıq borcu sayıb. Deyir ki, Vətən uğrunda canını fəda edənlərin ailələri qarşısında hər birimizin mənəvi məsuliyyəti var. Onun üçün şəhid ailəsinə göstərilən diqqət sadəcə sosial vəzifə deyil, vicdan məsələsidir. Sevinc xanım kitabxanada təşkil etdiyi tədbirlərdə də şəhidlərin xatirəsini daim yad edib. O tədbirlərdə bəzən kövrək şeirlər səslənib, bəzən anaların göz yaşları axıb, bəzən də balaca uşaqlar şəhidlərin şəkillərinə baxaraq susublar. Amma Sevinc xanım hesaab edir ki, şəhidlərin ruhu yalnız anım günlərində deyil, xalqın yaddaşında daim yaşamalıdır. Çünki Vətəni yaşadan da məhz həmin müqəddəs yaddaşdır.


Onun danışığında Vətən sevgisi pafosdan uzaq, çox səmimi və içdən gələn bir hiss kimi duyulur. Bəlkə də buna görə sözləri insanın qəlbinə toxunur. Çünki o, Vətəni sadəcə sevmir, onu yaşayır. Lakin həyat həmişə saf və zəhmətkeş insanlara qarşı ədalətli olmur. İstedad, zəhmət və insanların sevgisini qazanmaq bəzən bəzi qəlblərdə qısqanclıq da yaradır. Sevinc xanım da zaman-zaman bunu hiss edib. Onun uğurlarını həzm edə bilməyənlər, gördüyü işlərə kölgə salmağa çalışanlar, səmimiyyətinə başqa gözlə baxanlar da olub. Çünki cəmiyyətimizdə bəzən işıq saçan insanın ətrafında kölgələr də çoxalır. Amma Sevinc Bayramova heç vaxt ruhdan düşməyib. O, qəlbindəki işığı qorumağı bacarıb. Çünki bilir ki, insanın ən böyük gücü vicdanı və gördüyü xeyirxah işlərdir. O, heç zaman kinlə cavab verməyib, heç kimin ünvanına nifrət daşımayıb. Əksinə, yenə kitabın işığına sığınıb, yenə insanlara sevgi ilə yanaşıb, yenə uşaqlara kitab sevgisi aşılayıb. Bəlkə də əsl ziyalılıq elə budur. Çətinliklər içində belə insanlığını qorumaq, qəlbinin işığını söndürməməkdir. 
 
Bu gün Sevinc Bayramova kimi insanlar cəmiyyətin görünməyən mənəvi sütunlarıdır. Onlar səssiz şəkildə maarif işığını qoruyur, kitaba sevgini yaşadır, insan ruhunu zənginləşdirirlər. Belə insanların ömrü və fəaliyyəti bir daha sübut edir ki, kitabın işığı sönmədikcə millətin ruhu da yaşayacaq. Bir də onu deyim ki, Sevinc Bayramova kimi ziyalı, vətənpərvər, yumruq boyda ürəyində böyük Azərbaycan sevdası daşıyan insanların həyat yolu haqqında yazmaq həm kövrək hissləri yaşamaq, həm də olduqca qürurvericidir. Çünki belə insanlar cəmiyyətin görünməyən mənəvi dayaqlarıdır. Onların ömrü kitabın işığı, Vətən sevgisi və insanlıq duyğuları ilə yoğrulub. 
                                                                                               
Qalib Rəhimli.



Oxunub: 4 529
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:44 | “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
    Bu gün, 07:42 | Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
    Bu gün, 07:38 | Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
    Bu gün, 07:36 | Hörmüzdə daha bir tanker minaya düşdü
    Bu gün, 02:06 | Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
    Bu gün, 01:53 | Fransa Türkiyəni məğlub etdi
    Bu gün, 00:00 | Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Dünən, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Dünən, 13:38 | Bu binalara istilik verilməyəcək
    Dünən, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Dünən, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Dünən, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Dünən, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Dünən, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Dünən, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Dünən, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Dünən, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Dünən, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Dünən, 12:11 | Rəşad Məcidə ağır itki
    Dünən, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Dünən, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Dünən, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Dünən, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Dünən, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Dünən, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Dünən, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Dünən, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Dünən, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Dünən, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    14-11-2026, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    14-11-2026, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    14-11-2026, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    14-11-2026, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    14-11-2026, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    14-11-2026, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    14-11-2026, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    14-11-2026, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.