PSJ UEFA Çempionlar Liqasının qalibi olub
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Final qarşılaşmasında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələn Paris təmsilçisi penaltilər seriyasında qələbə qazanaraq tarixində növbəti Avropa zəfərinə imza atıb. Oyunda hesabı 5-ci dəqiqədə “Arsenal”ın futbolçusu Kai Haverts açıb. PSJ isə 64-cü dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. PSJ futbolçuları rəqibini 4:3 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıblar. Apasport
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















