Rusiya Nikol Paşinyanın uduzmasını istəyir - Rubio
Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan çox da razı deyillər və Paşinyanın seçkidə məğlub olmasını istəmələrinə işarələr var. Mediaxeberleri.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib. “Mən də qeyd etmək istərdim və hesab edirəm ki, bu açıq mənbələrdən yaxşı məlumdur ki, ruslar bizim orada olmağımızdan çox da razı deyillər. Düşünürəm ki, ruslar hazırkı baş nazirin məhz Birləşmiş Ştatlarla inkişaf edən münasibətlərə görə seçkilərdə uduzmasını istəyirlər”, - o bildirib. Rubio qeyd edib ki, biz Ermənistanın suverenliyini pozmuruq: "Biz onlardan digər ölkələrlə dostluqlarından imtina etmələrini istəmirik. Biz sadəcə olaraq münasibətlərimizin yalnız sülh üzərində qurulmamasını istəyirik. Sülh vacibdir, amma bu, yalnız başlanğıcdır və iqtisadi imkanlar açır”.





















