Restorandan çıxarkən güllələnən şəxs iş adamı imiş - Foto
Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb. Mediaxeberleri.Az Unikal.az-a istinadla xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür. *** Zaqatalada ov tüfəngindən açılan atəş nəticəsində yaralanan 39 yaşlı İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. Mediaxeberleri.Az xəbər verir ki, o, Zaqatalada restoran sahibi olub.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















