Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
  • Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
  • Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
  • Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
  • Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
  • "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
  • Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
  • İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
  • Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
  • Zəfər Günü İzmirdə də qeyd edildi
  • Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
  • Onlar Ermənistanın düşmənidir - Rubinyan
  • Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ramiz Göyüşün qələmində yaşayan Vurğun dünyası və ya Səməd Vurğun ruhunun işığında…

  • Tarix: 9-05-2026, 23:41

Azərbaycan poeziyasının səmasında elə ulduzlar var ki, onların işığı zaman keçdikcə sönmür, əksinə daha gur görünür. Belə sənət günəşlərindən biri də Səməd Vurğundur. O, yalnız böyük şair deyildi. Xalq ruhunun poetik təcəssümü, milli düşüncənin sənət zirvəsi, Vətənin danışan vicdanı idi. Onun şeirlərində Azərbaycan torpağının ətri, Kürün axarı, dağların vüqarı, ana laylasının hərarəti yaşayırdı. Elə buna görə də aradan onilliklər keçsə də, Səməd Vurğun adı xalqın yaddaşından bir an belə silinmir. Çünki böyük sənətkarlar ölmürlər — onlar millətin mənəvi yaddaşına çevrilirlər. Atatürk Mərkəzində keçirilən möhtəşəm təqdimat mərasimi də məhz belə bir mənəvi yaddaşın işığı altında baş tutdu. “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə yazıçı-publisist, AYB-nin üzvü Ramiz Göyüşun “Ellər yaşadacaq şair ömrünü” kitabının təqdimatı Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər içərisində xüsusi mənəvi çəkisi ilə seçildi.

Həmin gün Atatürk Mərkəzinin salonunda qəribə bir doğmalıq duyulurdu. Sanki böyük şairin özü də bu məclisdə görünməz bir nur kimi dolaşırdı. Zalın ovqatında Vurğun poeziyasının nəfəsi vardı. Buraya toplaşanlar sadəcə bir kitabın təqdimatına gəlməmişdilər; onlar böyük bir sənətkarın ruhuna ehtiram göstərmək, onun ölməz dünyasına bir daha baş əymək üçün gəlmişdilər. Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, professor Rüstəm Kamal Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının milli-mədəni həyatımızda mühüm hadisə olduğunu vurğuladı. O bildirdi ki, bu yubiley təkcə bir şairin xatirəsinin yad edilməsi deyil, Azərbaycan ruhunun, milli düşüncəsinin, ədəbiyyat tariximizin böyük bir dövrünün yenidən yaşadılmasıdır. Professor qeyd etdi ki, artıq yüz ilə yaxındır xalqımız Səməd Vurğunu sevə-sevə oxuyur. Onun şeirləri dillərdə əzbər dolaşır, misraları insanın qəlbinə təsəlli olur. Çünki Vurğun poeziyası süni pafosdan uzaq, xalqın ruhundan doğan poeziyadır. Bu poeziyada həm ana laylası var, həm Vətən sevgisi, həm də insan qürurunun əzəməti. Sonra professor Ramiz Göyüşun “Ellər yaşadacaq şair ömrünü” kitabından ətraflı danışdı. Bildirdi ki, müəllif böyük şairin ömür yolunun müxtəlif məqamlarını quru fakt kimi deyil, mənəvi yaddaş hadisəsi kimi təqdim etməyə nail olub. Kitabda yalnız sənətkarın yaradıcılığı deyil, onun insanlığı, dostluğu, sadəliyi, xalqına bağlılığı da bütün səmimiyyəti ilə canlandırılıb.

Tədbirin ən təsirli və olduqca səmimi çıxışlarından biri “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədova məxsus oldu. Onun nitqində təkcə elmi düşüncə yox, böyük Vurğun sevgisi də vardı. Professor çıxışında dedi ki, Səməd Vurğun Azərbaycan xalqının mənəvi pasportudur. O, Vətəni sadəcə tərənnüm etmirdi — Vətənin öz səsinə çevrilmişdi. İlham Pirməmmədov xüsusi vurğuladı ki, zaman bəzi adları tarixdə saxlayır, bəzi adları isə xalqın qəlbində əbədiləşdirir. Səməd Vurğun məhz xalqın qəlbində yaşayan sənətkarlardandır. Bu gün də onun “Azərbaycan” deyə başlayan misraları insanın ruhunda bir bayraq kimi dalğalanır. Onun poeziyasında xalqın taleyi, ağrısı, sevinci və mənəvi bütövlüyü yaşayır. Professorun çıxışında ən diqqət çəkən məqamlardan biri də Ramiz Göyüşun zəhmətinə verdiyi yüksək qiymət oldu. O bildirdi ki, “Ellər yaşadacaq şair ömrünü” kitabı yalnız publisistik araşdırma deyil, Vurğun dünyasına ucaldılmış mənəvi abidədir. Müəllif böyük şairin həyatını qələmə alarkən sadəcə hadisələri toplamayıb; o, bir dövrün ruhunu, sənət adamlarının mənəvi saflığını, Azərbaycan ziyalılığının işığını yaşatmağı bacarıb.

Təqdimatda çıxış edən akademik Nizami Cəfərov, professor Vaqif Yusifli, şair İbrahim İlyaslı, texniki elmlər doktoru, şair, professor Hacan Hacısoy, vürğunşünas alim, fəlsəfə doktoru Aslan Salmansoy, Əməkdar jurnalist, şair Əbülfət Mədətoğlu, “Xalq qəzeti”nin bölgə müxbiri, yazıçı-yurnalist İlqar Həsənov, Beynəlxaq Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, Birliyin Rəsm Komitəsinin rəhbəri rəssam Nəvai Mətin, yazıçı Kənan Hacı, ”Yazarlar” jurnalının təssisçisi və baş redaktoru şair –publisist Zaur Ustac, şairlərdən Rafail İncəyurd, Fəxrəddin Teyyub, Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı, ictimaiyyyət nümayəndələrindən, şəhid Teymur Abbasovun anası Başxanım Abbasova, Mehriban Abdullayeva, Şəmsiyyə Kərimova və digər çıxışçılar Səməd Vurğunun çoxşaxəli fəaliyyətindən geniş söz açdılar. Bildirildi ki, Vurğun təkcə böyük şair deyildi; o, dramaturq, alim, tərcüməçi, ictimai xadim kimi də Azərbaycan mədəniyyətinə misilsiz xidmətlər göstərib. Çıxışlarda xüsusilə vurğulandı ki, Səməd Vurğun xalqın içindən gələn və yenidən xalqa qayıdan sənətkar idi. O, ən sadə insanın sevincini də poeziyaya çevirə bilirdi. Elə buna görə də onun şeirləri illərdir dillərdən düşmür. Tədbirdə səslənən xatirələr böyük şairin insanlığını bir daha göz önünə gətirdi. Onun Üzeyir Hacıbəyli ilə sənət dostluğu, Mir Cəlal Paşayevlə mənəvi yaxınlığı, Xan Şuşinski ilə ünsiyyəti, Hüseyn Ariflə bağlı xatirələr tədbir iştirakçılarında xüsusi duyğular oyatdı.

Bütün bunlar bir daha göstərdi ki, Ramiz Göyüşun kitabı təkcə bir sənətkar haqqında yazılmış əsər deyil. Bu kitab Azərbaycan ziyalılığının mənəvi portretidir. Burada bir dövrün işığı, dostluq münasibətləri, sənətə sədaqət və milli ruh yaşayır. “Ellər yaşadacaq şair ömrünü” kitabı həm də bir həqiqəti təsdiqləyir: böyük sənətkarların ömrü fiziki zamanla bitmir. Onlar xalqın yaddaşında yaşayır, yeni nəsillərin düşüncəsinə çevrilirlər. Səməd Vurğun da belə dahilərdəndir. O, Azərbaycan poeziyasının tükənməz bulağı, milli ruhumuzun sarsılmaz qalasıdır. Bu gün də Vurğun poeziyası insanı Vətənə bağlayır, torpağın müqəddəsliyini xatırladır, milli kimliyimizin böyüklüyünü hiss etdirir. Onun misralarında Azərbaycan danışır, xalq danışır, tarix danışır. Və bu böyük ruhun yaşadılmasında Ramiz Göyüş kimi qələm adamlarının xidməti xüsusi ehtirama layiqdir. Çünki yaddaşı qorumaq gələcəyi qorumaq deməkdir. Böyük şairlərin ömrünü yaşadan da məhz belə vəfalı insanlar, belə işıqlı kitablar olur.

Doğrudan da, ellər öz böyük şairinin ömrünü böyük sevgi ilə yaşadır. Çünki Səməd Vurğun artıq təkcə bir insan adı deyil — o, Azərbaycanın mənəvi əbədiyyətidir.

Qalib Rəhimli.


Oxunub: 3 649
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    7-11-2026, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    7-11-2026, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    7-11-2026, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    7-11-2026, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    7-11-2026, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    7-11-2026, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    7-11-2026, 18:44 | XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
    7-11-2026, 18:42 | Bakının bu bölgəsi su altında qaldı - Video
    7-11-2026, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    7-11-2026, 17:47 | Noyabrda bu balıqları yemək olmaz
    7-11-2026, 17:45 | “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
    7-11-2026, 17:41 | Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
    7-11-2026, 16:48 | FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.