Saçınıza xına yaxmaq yaxşı fikirdirmi? – Mütəxəssislər cavab verir
Saçlara təbii rəng vermək üsulu kimi tanınan xına son illərdə yenidən populyarlıq qazanıb.
Mediaxeberleri.Az bildirir ki, mütəxəssislər xınanın həm üstünlükləri, həm də riskləri barədə xəbərdarlıq edir.
Üstünlüklər:
Təbii tərkibli olduğu üçün kimyəvi boyalara alternativ kimi seçilir.
Ev şəraitində asanlıqla tətbiq oluna bilər.
Saça parıltı və həcm verir, kəpək və yağlanmanı azalda bilər.
Hamilə qadınlar tərəfindən daha təhlükəsiz seçim kimi dəyərləndirilir.
Risklər:
Xına saçda yalnız tünd tonlar yaradır, açıq rəngə keçmək demək olar ki, mümkün olmur.
Rəng zamanla solub donuqlaşa bilər.
Saçı qurutma ehtimalı var və saçdan çıxarmaq çətin olur.
Allergiya, qızartı və hətta saç tökülməsi yarada bilər.
Xına vurulmuş saçlar sonradan açılmağa çalışıldıqda narıncı-qırmızı və ya qeyri-arzuolunan tonlar ortaya çıxa bilər.
Mütəxəssislər bildirir ki, xına təbii rəng istəyənlər üçün uyğun seçim ola bilər, amma tətbiqdən əvvəl mümkün risklər mütləq nəzərə alınmalıdır.





















