Xaçmazda avtomobildə doğulan körpə öldü
Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb. Mediaxeberleri.Az xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, yolda dəmir yolu keçidinin təmir səbəbindən bağlanması nəticəsində körpə atomobildə dünyaya gəlib. Sonradan ana və körpəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, körpə ölüb. Ana X.A. həkim nəzarətinə götürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: