Suraxanıda yaşayış binasında yanğın: ölən var
Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb. Bu baradə Mediaxeberleri.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 78
Xəbəri paylaş
Paylaş: