"Bilinmir hansı heyvanın ətidir" - Üç manatlıq kababın tərkibi nədir?
Şəhərin müxtəlif yerlərində 3 manata satılan kabablar bir çox sakinlər üçün tanış mənzərədir. Maraqlıdır, bu kabablar nədən hazırlanır? "Bizdə kabablar 3 manata təklif olunur. Çox adamda sual yaranır ki, bu, hansı ətdir. Sadəcə mal ətidir. Əlavə olaraq quyruq əti və soğan qatılır", - sahibkar bildirib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri əvvəlcə qida təhlükəsizliyi qeydiyyatından keçməli və reyestrdən çıxarışa malik olmalıdırlar: "Qeydiyyatsız fəaliyyət qanunsuz hesab olunur və yolverilməzdir. İstehlakçılar belə qida məhsullarını almazdan əvvəl satıcıdan qida təhlükəsizliyi qeydiyyatının olub-olmamasını və təqdim olunan ətlərin müvafiq sağlamlıq arayışını tələb etməlidirlər", - agentlik qeyd edib. Ətraflı Baku TV-nin süjetində: