Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
  • Habil Vəliyevlə bağlı qərar verildi
  • 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
  • Bakıya intensiv yağış yağacaq
  • Təcili Yardıma yeni direktor təyin edildi - Foto
  • Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
  • Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
  • Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
  • Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
  • Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
  • Əflatun Məmmədov həbs edildi
  • Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
  • Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
  • Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
  • Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
  • Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
  • UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
  • Türkiyə tarixində ilk: Ardanın qiyməti rekorda qalxdı
  • Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
  • Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“GƏLƏN İL CİDDİ SÜRPRİZLƏRLƏ DOLU OLACAQ...” - “Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq”

  • Tarix: 25-09-2025, 07:58

Natiq Cəfərli: “Bütün bu baş verənlərin kökündə hökumətin seçim qarşısında qalması dayanır: ya devalvasiya, ya da köklü şəkildə vergilərin, cərimələrin artırılması...”

ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində Maliyyə Nazirliyinin 2026-cı ilin büdcəsinə dair ilkin proqnozlarını dəyərləndirib, problemləri, onlardan çıxış yolların və gözləntiləri açıqlayıb.

Müsahibəni təqdim edirik:

- Natiq bəy, Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinə dair ilkin proqnozlarını açıqlayıb. Görünən odur ki, ötən illə müqayisədə gəlir və xərclər cüzi artıb. Nazirliyin proqnozları Sizə nə deyir?

- Gəlirin artımı cəmi 67 milyon 100 min, xərclərin artımı isə təxminən 145 milyon manatdır. Bunlar son illərlə müqayisədə ən aşağı göstəricilərdir. Bu, ondan xəbər verir ki, ölkənin maliyyə dayanıqlığında, büdcə daxilolmalarında ciddi problem var. Təəssüf ki, hökumət bu problemi ortaya qoyub həll etmək əvəzinə, müxtəlif yollarla büdcə gəlirlərinin artırılması strategiyasını seçib. Bəlkə də doğru yol kimi bunu görüblər.

Gəlirlərin və xərclərin artırılmasının müxtəlif yolları var. Amma görünən odur ki, əsas yükü vətəndaşın çiyninə ötürmək yolu ilə büdcədə yaranmış problemlərin həllinə yönəlik addımların atılması gözlənilir. Məncə, gələn il ciddi sürprizlərlə dolu olacaq.

Əslində, 2026-cı il ümumiyyətlə, sakit ildir, seçki yoxdur, hansısa siyasi proseslərin olması ehtimalı da çox aşağıdır. Bu fonda müxtəlif sahələrdə vergi, gömrük və qiymət artımlarına getmək daha rahat olur. Gələn ilin büdcə parametrlərinə baxanda da bu görünür. Məsələn, fiziki şəxslərin gəlir vergisində 29 faiz artım proqnozlaşdırılır.

- Bu məsələni bir qədər geniş izah etməyinizi xahiş edirəm. Büdcə proqnozunda yazılan 29 faiz artım sahibkarlar üçün nə deməkdir?

- Söhbət ondan gedir ki, 2019-cu ildən bu günə qədər fiziki şəxslərə, özəl sektorda və qeyri-neft sektorunda çalışanlara yeddi illik vergi tətilləri verilmişdi. Bu müddətdə gəlir vergisinin 14 faizi ləğv olunmuşdu. Maaşdan tutulan hissədə vəziyyət belə idi - minimum əmək haqqı çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz vergi tutulurdu. Üstəlik, gəlir vergisi ilə yanaşı 3 faiz də sosial müdafiəyə ayrılır. Dövlət sektorunda bu gün də eyni formula tətbiq olunur. İşəgötürənlər üçün başqa formul işləyir.

Özəl sektorda isə vəziyyət belə idi - biz bu yeddi il ərzində gəlir vergisi vermirdik, amma bunun əvəzində Sosial Müdafiə Fonduna 10 faiz ödəyirdik. Yəni dövlət sektorundan üç dəfədən də çox biz DSMF-yə pul ödəyirdik. Bundan əlavə 2,5 faiz də əlavə ödənişlər var idi - icbari tibbi sığorta, işsizlik sığortası və s. Yəni, biz təqribən 12,5 faiz işçi olaraq vergi ödəyirdik. Bizim üçün fərqi yoxdur – bu məbləğ DSMF-yə gedirdi və ya büdcəyə, çünki DSMF də icmal büdcənin tərkibindədir.

İndi vergi tətilləri başa çatır. Bunun uzadılıb-uzadılmayacağı ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bildiyimizə görə, Milli Məclisə də bu barədə hansısa qanun layihəsi daxil olmayıb. Əslində, əgər köhnə qaydaya geri dönülürsə, qanun layihəsinə ehtiyac yoxdur. Sadəcə, yeddi il bitir və avtomatik olaraq köhnə qayda bərpa olunur. Bu isə o deməkdir ki, yenə də maaşdan minimum əmək haqqı çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi, 3 faiz Sosial Müdafiə Fonduna, 2,5 faiz də tibbi sığorta və işsizlik sığortasına tutulacaq. Yəni, artıq bizim vergi yükümüz təqribən 20 faizə çatacaq. Açığı, bu, ciddi problemlər yaradacaq. İndidən bunu söyləmək mümkündür. Özəl sektorda ixtisarlar da olacaq. Yenidən “boz” əmək haqlarına dönüş mümkündür və çox güman ki, belə də olacaq. Çünki iş adamını da başa düşmək lazımdır: əgər işçi 1000 manat maaş alırdısa və onun 100 manatı, obrazlı desək, Sosial Müdafiə Fonduna gedirdisə, indi təqribən 200 manata yaxın vergi və ödənişlər – sosial müdafiə, gəlir vergisi, tibbi sığorta və işsizlik sığortası üçün tutulacaq.

- Əsas yük işəgötürənin üzərinə düşür?

- Yox. Amma işəgötürən üçün də ayrı bir dərd var, işçilər üçün əlavə ödənişlər artır.

Məsələn, əvvəllər 100 manat idisə, indi 200 manat olacaq. İşçi də deyəcək ki, mənim maaşım artmalıdır. Mən 1000 manat alırdımsa, heç olmasa indi 1100 manat almalıyam ki, o yüz manat da artan vergilərə getsin. Amma işəgötürən buna razı olacaqmı? Məncə, indiki dövrdə bu, belə olacaq - işəgötürən təklif edəcək ki, ya sən köhnə maaşla işləməlisən, ya da üç nəfər işləyirsinizsə, bir nəfəri ixtisar edəcəyik. Mənə elə gəlir ki, bu, həm işsizliyin artmasına, həm də “boz mühasibatlıq” deyilən məsələyə – yəni konvertdə maaş verilməsinin genişlənməsinə gətirib çıxaracaq.

Bu gün İqtisadiyyat naziri fəxrlə deyir və buna haqqı da var ki, biz iqtisadiyyatın müəyyən hissəsini “ağartmışıq”, əsasən də əmək müqavilələrini. Amma niyə “ağartdılar”? Çünki yeddi illik vergi tətili var idi. Vergi tətili bitəndən sonra bu proses davam edəcəkmi? Əksinə, geriyə dönüş başlayacaq. Ona görə mən bunu ciddi problem sayıram və düşünürəm ki, hökumət bu məsələdə ciddi düşünməlidir.

Bəzi təkliflər də səsləndirilib ki, guya gəlir vergisi yalnız 2500 manatdan yuxarı əmək haqlarına tətbiq olunsun, əvvəlki maaşlar isə olduğu kimi qalsın. Amma bu da yanlışdır. Birincisi, bunun üçün qanunda yenidən dəyişiklik edilməlidir, qanun layihəsi hazırlanmalıdır. İkincisi, o zaman 3000 manat maaş alan adam rəsmi olaraq maaşını 2400 manat kimi göstərəcək, qalan 600 manatı isə əlbəəl alacaq. Bu halda yenə dövlət itirəcək, yenə büdcə zərər görəcək. Çox yanlış yanaşmadır. Mənə elə gəlir ki, yanlışın yarısından geri dönmək xeyirlidir. Nəyə görə bunu əminliklə deyirəm? Xatırlayırsınızsa, 2023-cü ildə təklif olunmuşdu ki, bəzi fərdi sahibkarların – əsasən konsaltinq sahəsində çalışan hüquqşünasların, jurnalistlərin vergisi 20 faizə qaldırılsın. O vaxt mən dəfələrlə publika qarşısında çıxış edərək bunun yanlış olduğunu dedim. Çoxları - öz ekspertləri, öz media nümayəndələri açıq deməsələr də, içəridə başa düşürdülər ki, bu səhv addımdır. Və nəticə etibarilə, bu ilin yanvarın birindən köhnə qaydaya qayıdıldı. İndi yenə 5 faizdir. Yəni, qulağı kəsib sonra saymağa ehtiyac yoxdur. Azərbaycanda, təəssüf ki, bəzən belə olur: əvvəl səhv addım atılır, sonra düzəldilir. Halbuki, əvvəlcədən bu proqnozları vermək mümkündür, bunun hansı problemlər yaradacağını da görmək çətin deyil.

Mən düşünürəm ki, bu vergi tətili heç olmasa yenidən yeddi il müddətinə uzadılmalıdır. Çünki uzadılmasa, həm işsizlik, həm də “boz mühasibatlıq”la bağlı yenidən ciddi problemlər yaranacaq.



- Büdcəni doldurmaq üçün neft deyil, qeyri-neft sektorundan daxilolmalarda artım pronoz edilir. Məsələn, gömrükdən 3,8 faiz artıq yığım olmalıdır. Ümumi mənzərə belədir ki, iqtisadiyyat böyümür, amma büdcə yığımları - gömrük, vergi artır. Paradoks deyilmi?

- Bu, sistem daxilində paradoks deyil. Anlayırlar ki, vergi daxilolmaları azalsa, büdcənin daxilolmaları azalacaq. Çünki iqtisadi aktivlik 0,9 faizdir. Əslində, artım 2 faizə qədər olanda, bu, resessiya sayılmalıdır. Çünki bu artım yalnız inflyasiyanın yaratdığı multiplikativ effektə görə yaranır. Yəni sadəcə, başa düşürlər ki, vergi daxilolmalarının artması iqtisadiyyatın daralmasına gətirib çıxarır. Bu azalmanın yerini doldurmaq üçün iqtisadi aktivliyi artırmaq lazımdır. Onun əvəzinə isə vergiləri və rüsumları artırırlar.

İndi iqtisadi aktivlik azalır. Yeddi illik vergi tətili ləğv edilsə, büdcə 600 milyon manat artmalı idi. Amma nə qədər artır? 145 milyon. Deməli, bunu anladıqları üçün iqtisadi aktivliyin artırılması əvəzinə vergilərin artırılması yolunu seçirlər. Gömrükdə də niyə artacaq? Çünki avtomobillərlə də bağlı bəzi güzəştlər var idi, o da bitir. Yanvarın birindən hibrid və elektrikli avtomobillərlə bağlı güzəşt vaxtı bitir. Onlar da 18 faizlik ƏDV-yə cəlb olunacaq.

Başqa bir fakta diqqət edək. Dünyada elə bir ölkə yoxdur ki, cərimələrlə öz problemlərini həll etsin. Cərimələr pul yığmaq üçün nəzərdə tutulmayıb. Cərimənin məntiqi pozuntunun olmamasıdır. Əgər siz 2026-cı il üçün, məsələn, 1,1 milyard manat cərimə daxilolması və üstəlik 10 faiz artımı proqnozlaşdırıb bunu büdcəyə salırsınızsa, deməli, gecə-gündüz dua edirsiniz ki, hamı qaydaları pozsun. Halbuki, dövlətin marağı onda olmalıdır ki, cərimələr azalaraq aradan qalxsın, insanlar qanunauyğun fəaliyyət göstərsinlər. Cərimənin məntiqi ictimai davranışı tərbiyələndirməkdir, büdcəni doldurmaq deyil. Bizdə isə bu fəlsəfə başa düşülmür. Ona görə də büdcə proqnozlarında görürsən ki, cərimələr, dövlət və ya xüsusi qurumların göstərdiyi pullu xidmətlər əsas gəlir mənbələrindən biri kimi təqdim edilir. Bu, dolayı vergi deməkdir.

Azərbaycanda dolayı vergiləndirmə onsuz da həddindən artıq yüksəkdir. Məsələn, xarici pasport almağa gedirsən, 60 manat ödəməlisən. Onun real maya dəyəri nə qədərdir? Dövlət xidmət göstərmək üçün vəsait ayırıb, üstəlik vətəndaşdan həm rüsum, həm də xidmət haqqı tutulur. Əgər bu xidmət dotasiya ilə maliyyələşmirsə, onda açıq elan edilsin ki, məsələn, ASAN Xidmət müəyyən dövr ərzində dotasiyadan imtina edib, öz maaşlarını yalnız göstərdiyi xidmət hesabına təmin edir. Amma mən belə bir məlumat görməmişəm. Ola bilər ki, var, amma ən azından ictimaiyyətə təqdim edilməyib. Halbuki, pasportun maya dəyəri maksimum 10 dollar ola bilər, siz isə onu 35 dollara satırsınız. Dövlət biznes qurmaq üçün deyil axı...

Ümumiyyətlə, rüsumlar, cərimələr və vergilərin artırılması sonuncu vasitə olmalıdır. Mən dəfələrlə dövlət məmurları və deputatlarla görüşlərdə bunu açıq şəkildə izah etməyə çalışmışam. Siz deyirsiniz ki, bəzi sahələr rentabelli deyil. Bizə universitetin birinci-ikinci kurslarından öyrədirlər ki, biznes idarəçiliyində rentabelli olmayan müəssisədə atılacaq ilk addım xərclərin azaldılmasıdır. Əvvəlcə xərcləri optimallaşdırırsan. Əgər bundan sonra da ziyan qalırsa, onda qiymət artımı barədə düşünmək olar. Amma o zaman da elə addım atmalısan ki, nə müştərini itirəsən, nə də məmnuniyyət aşağı düşsün. Bizdə isə bunun əksi baş verir.

Məsələn, deyirlər ki, nəqliyyata dövlət dotasiya verir. Amma metropoliten açıqlama verir ki, bir sərnişin daşınması əvvəlki hesablamalara görə 55 qəpik zərərlə başa gəlir.

- 600 milyon manata yaxın yığılmış zərəri var...

-Niyə belə olmalıdır? Bu zərərin səbəbi nədir? Deməli, xərclərdə problem var. Əgər təmir işləri şişirdilmiş rəqəmlərlə aparılırsa, avadanlıq təmiri süni şəkildə bahalaşdırılırsa, təbii ki, maya dəyəri də şişəcək. Azərbaycanın dövlət idarəçiliyində ən zəif nöqtə məhz budur: xərclərin azaldılması barədə düşünülmür.

- Digər tərəfdən, vergilərdən sair daxilolmalar üzrə 200 milyon manat artım proqnozlaşdırılır. Bu da verginin yazdığı cərimələr hesabına toplanacaq?

- Burada təkcə cərimələr yox, həm də gecikdirilmiş ödənişlərdən yaranan penya nəzərdə tutulur. Yəni, hansısa dövlət rüsumunu vaxtında ödəmirsən, üzərinə penya gəlir; cəriməni gecikdirirsən, penya gəlir, vergini vaxtında ödəmirsən, yenə penya gəlir. Nəticədə büdcədə artım göstərilir.

– Sahibkarları ən çox narahat edən məsələlərdən biri isə sadələşmiş vergi üçün dövriyyə həcminin artırılmamasıdır. Hazırda bu məbləğ ildə 200 min manatdır. Təklif etmişdiniz ki, bu hədd 1 milyon manata qaldırılsın. Sizcə, bu nəyi dəyişərdi?

– Azərbaycan hökuməti heç olmasa bu məsələyə insafla yanaşmalıdır. Çünki həmin 200 min manatlıq məhdudiyyət dolların 78 qəpik olduğu dövrdə qoyulmuşdu. O vaxt 200 min manat təxminən 240-250 min dollara bərabər idi. Heç olmasa indiki məzənnə ilə hesablayıb bu həddi yarım milyon manata yaxınlaşdırmaq lazım idi. Bu, elementar məntiqdir. Amma bunu etmədilər. Bu isə iş adamları üçün ciddi problemlər yaradır. Onlar məcbur qalırlar ki, bir neçə VÖEN açsınlar – qızının, oğlunun, həyat yoldaşının, yaxud da özlərinin adına. Əgər hədd 1 milyona qaldırılsaydı, həm dövriyyə rahatlanardı, həm də vergi yükü azalardı. Çünki Azərbaycanda vergilər kifayət qədər yüksəkdir.

Məsələn, Gürcüstanda yarım milyona qədər dövriyyə üçün vergi bir faizdir. Üstəlik, bu, bütün xərclər çıxıldıqdan sonra hesablanır. Bizdə isə belə deyil. Elə sahələr var ki, dövriyyədən düz beş faiz vergi tutulur. Hətta bəzi sahələrdə bunu 21 faizə qədər qaldırmışdılar. İndi təsəvvür edin: bir usta ayda bir dəfə 200 manatlıq iş görür. Onun dövriyyəsi sabit deyil, amma dövriyyədən beş faiz – yəni 10 manat vergi ödəməlidir. Bununla da iş bitmir. Əlavə olaraq Sosial Müdafiə Fonduna ödəniş tələb olunur. Bəzi kateqoriyalarda bu 50 faiz, bəzilərində isə 25 faizdir. Yəni, 200 manatlıq işdən ustadan ən azı 100 manat DSMF üçün tutulur. Bunun üzərinə işsizlik sığortası, icbari tibbi sığorta əlavə olunur və nəticədə 200 manatdan təqribən 130 manatı gedir, cəmi 70 manat qalır. Dünyanın harasında belə vergi sistemi var? Əgər böyük məbləğlərdən söhbət getsəydi, başqa məsələ idi. Amma xırda dövriyyələrdə bu, tamamilə yanlış yanaşmadır.

Məsələn, qızıl qayda kimi qoymaq olardı ki, ay ərzində dövriyyəsi 1000 manata qədər olan sahibkarın DSMF ödənişi minimum əmək haqqının 25 faizi yox, 5 faizi olsun. Bu, məntiqli olardı. Amma indiki qanunvericilikdə DSMF ödənişləri minimum əmək haqqına faizlə bağlanıb. O vaxt bu qanun qəbul ediləndə minimum əmək haqqı 136 manat idi. İndi isə 400 manatdır. Sabah 1000 manata qalxsa, DSMF ödənişi avtomatik 250 manat olacaq. Bu isə absurddur. Nəticədə yazıq usta bir dəfəlik 200 manatlıq müqavilə ilə iş görür, amma onun 130 manatını vergi kimi ödəməlidir. DSMF ödənişlərini yalnız dövriyyədən hesablanan faizlə bağlamaq mümkündür. Məsələn, 100 manat dövriyyə oldu – 5 manat ödəniş, 1000 manat dövriyyə oldu – 50 manat ödəniş. Bu, məntiqlidir. Amma DSMF ödənişini minimum əmək haqqına faizlə bağlamaq tamamilə əsassızdır.

– Dediklərinizdən belə mənzərə yaranır ki, iqtisadiyyatda böyümə olsa da, olmasa da hökumət büdcə gəlirlərini artırmağa çalışır. Bunun özəl sektora təsiri necə olacaq?

– Bizim millət çox qəribə uyğunlaşma xüsusiyyətlərinə malikdir, müxtəlif vəziyyətlərə orijinal formada adaptasiya ola bilir. Amma eyni zamanda müəyyən tənəzzül də müşahidə olunur.

Məsələn, ÜDM-in cəmi 0,9 faiz artması artıq gizlədilə bilmədi, açıq şəkildə ortaya çıxdı. Mənə elə gəlir ki, bütün bu baş verənlərin kökündə hökumətin seçim qarşısında qalması dayanır: ya devalvasiya, ya da köklü şəkildə vergilərin, cərimələrin artırılması. Devalvasiya çox ağrılı prosesdir, biz bunu 2015-ci ildə gördük.

– Niyə Neft Fondundan vəsait cəlb olunmur?

– Neft Fonduna əsasən təhlükəsizlik yastığı kimi baxılır. Açığı, mən də Fondun qapısının açılıb pulların kütləvi şəkildə paylanmasının əleyhinəyəm. Gələcək üçün də nəsə qalmalıdır.

İkincisi, həmin pulların sadəcə paylanması çıxış yolu deyil. Neft Fondu aqrar və real sektorun bank təminatçısı ola, büdcəni doldurmaqdan əlavə investisiya mərkəzinə çevrilə bilər. Bu sektorlarda elə şərait yaradılmalıdır ki, investor maraq göstərsin. Azərbaycanın sosial-iqtisadi problemlərinin həlli təkcə iqtisadçılardan asılı deyil. Nobel mükafatı almış beş iqtisadçını da gətirsən, problemi həll edə bilməzlər, çünki hökumətin idarəetmə modeli düzgün qurulmayıb.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

"AzPolitika.info"


Oxunub: 1 111
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:23 | Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
    Bu gün, 13:21 | Habil Vəliyevlə bağlı qərar verildi
    Bu gün, 13:19 | 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
    Bu gün, 13:18 | Bakıya intensiv yağış yağacaq
    Bu gün, 13:16 | Təcili Yardıma yeni direktor təyin edildi - Foto
    Bu gün, 11:10 | Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
    Bu gün, 11:08 | Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
    Bu gün, 11:02 | Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
    Bu gün, 10:57 | Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
    Bu gün, 10:40 | Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
    Bu gün, 09:16 | Əflatun Məmmədov həbs edildi
    Bu gün, 09:09 | Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
    Bu gün, 09:03 | Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
    Bu gün, 08:54 | Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
    Bu gün, 08:47 | Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
    Bu gün, 08:43 | Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
    Bu gün, 08:40 | UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
    Bu gün, 08:28 | Türkiyə tarixində ilk: Ardanın qiyməti rekorda qalxdı
    Bu gün, 08:20 | Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
    Bu gün, 08:05 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir
    Bu gün, 07:54 | Bakının bu ərazilərində işıq olmayacaq
    Bu gün, 07:53 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir - VİDEO
    Bu gün, 07:51 | Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?
    Bu gün, 00:50 | Fransa Belçikanı darmadağın etdi: Millətlər Liqasında günün nəticələri
    Dünən, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    Dünən, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    Dünən, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    Dünən, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    Dünən, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    Dünən, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    Dünən, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    Dünən, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    Dünən, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    Dünən, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    Dünən, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Dünən, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Dünən, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Dünən, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Dünən, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Dünən, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Dünən, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Dünən, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Dünən, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Dünən, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Dünən, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Dünən, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Dünən, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Dünən, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Dünən, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.