Mediaxeberleri.az
    
  • “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
    “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
  • 
  • Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
    Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
  • 
  • Qalmaqallı məmura cinayət işi açıldı
    Qalmaqallı məmura cinayət işi açıldı
  • 
  • Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
    Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
    ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
  • 
  • Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
    Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
  • 
  • Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
    Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
  • 
  • “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
    “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
  • 
  • Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO
    Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO
  • 
  • Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
    Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
  • 
  • Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
    Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
  • 
  • “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
    “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
  • 
  • Qızıl ucuzlaşdı - VİDEO
    Qızıl ucuzlaşdı - VİDEO
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
    “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
  • 
  • 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
    80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
  • 
  • Qubada kəndin örüş sahələri satılır? - VİDEO
    Qubada kəndin örüş sahələri satılır? - VİDEO
  • 
  • Bəzi rayonlara intensiv yağış yağır
    Bəzi rayonlara intensiv yağış yağır
  • 
  • Dollar ucuzlaşır? - AÇIQLAMA
    Dollar ucuzlaşır? - AÇIQLAMA
  • 
  • Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
    Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert

Son xəbərlər :
  • Paşinyan Koçaryandan danışıb - "Hamısı həbs olunacaq"
  • Qazaxda faciə: 14 yaşlı uşaq göldə boğularaq həyatını itirib
  • Qazaxda çayda batan məktəbli sudan çıxarıldı - Həyatını itirib+Yenilənib
  • Ursula Fon der Lyayen Azərbaycana gəldi - FOTO
  • "Qarabağ" Ukrayna klubuna uduzdu
  • Goranboyda göldə 53 yaşlı qadının meyiti tapıldı - həkim imiş
  • Zərərli olduğu deyilən palma yağı faydalıdır? – AÇIQLAMA
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • Özəl bağçalarda təhsil haqqının bir hissəsini dövlət ödəyəcək - Fərmanın icrasına başlanıldı
  • Məhəl qoymasalar, İran onlara dərs verəcək
  • DTX Mətbuat xidmətinin məlumatı
  • Qaymaq faydalıdır, yoxsa zərərlidir? - vacib xəbərdarlıq
  • Göyçayda su kanalına aşan avtomobildən 84 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • Qarpız qabığını atmayın: Sağlamlıq üçün faydaları sizi təəccübləndirə bilər
  • Yeni peşə təhsili ixtisasları yaradıldı
  • Daha 6 itkin-şəhid dəfn olunacaq - Foto
  • Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı...
  • Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
  • Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Video

  • Tarix: 18-05-2026, 18:32

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Zati-aliləri, xanımlar və cənablar, əziz qonaqlar.

Əvvəlcə mən Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını Bakıda salamlamaq və Foruma uğurlar arzulamaq istərdim. Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.

Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

Bu il mənim Sərəncamıma əsasən "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.

Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.

Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək.

Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur, sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni yeddi metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından bir metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq.

İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.

Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.

Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü "Sea Breeze" istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm.

Onlardan bəzilərinin burada zalda əyləşdiyini görürəm və bu müasir şəhərsalmanın digər misalını gedib görmək olar. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.

Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı. Mən vaxtınızı çox almaq istəmirəm.

Mən, həmçinin Bakının bələdçisi kimi danışa bilərəm, lakin düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı olar. Mən Bakıda bütün qonaqlara xoş səfər arzu edirəm, Ümumdünya Şəhərsalma Forumuna uğurlar diləyirəm. Sağ olun.

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun açılış mərasiminə ünvanladıqları videomüraciətləri nümayiş etdirildi.

BMT-nin Baş katibi müraciətində Ümumdünya Şəhərsalma Forumunun məqsədləri reallığa çevirmək üçün bir təkan olacağını vurğuladı.

BMT Baş Assambleyasının prezidenti Annalena Berbok isə dedi: "Bu tədbir, həmçinin mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün də imkan yaradır".

Daha sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq çıxış edərək dedi:

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, hörmətli dövlət və hökumət başçıları, hörmətli xanım icraçı direktor, hörmətli nazirlər, merlər və hörmətli nümayəndələr, xanımlar və cənablar.

Mən böyük şərəf hissi ilə tarixi Bakı şəhərində sizin qarşınızda dayanmışam. Burada - qədim İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşən şəhərdə sizin qarşınızda çıxış edirəm. Mən ən səmimi salamlarımı Azərbaycan hökumətinə və Azərbaycan xalqına çatdırıram. Bizə göstərilmiş səmimi qonaqpərvərliyə və bu tədbirin keçirilməsinə görə təşəkkürümü bildirirəm.

Mən, həmçinin burada BMT-nin Baş katibi cənab Antonio Quterreş və BMT Baş Assambleyasının prezidenti xanım Annalena Berbokun bizə verdikləri mesajı alqışlayıram. Nəzərə almalıyıq ki, qlobal şəhərsalma gündəliyi heç zaman çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm bir əsas kimi götürülməmişdir.

Zati-aliləri, Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə dünyanın paytaxtına çevrilir. Bir daha fundamental bir vədi qeyd etməliyik ki, əgər biz şəhərsalmanı inkişaf etdirməsək, öz vədimizi övladlarımız qarşısında yerinə yetirməmiş olacağıq. Beləliklə, bu forumun mövzusu sadəcə bir şüar deyil, bu, bizi tədbirlərin görülməsinə səsləyən bir çağırışdır. Amma icazə verin, bir daha xatırladım, bu çağırış, tədbirlərin görülməsi real dünyaya və real iqtisadiyyata söykənməlidir. Bu baxımdan biz bütün dünya üçün bu məsələni həll etməliyik və okeanları, dənizləri qət edərək siyasi iradəmizi göstərməliyik. Düzgün siyasət yürütməliyik və bütün vətəndaşlar üçün yaşayış yerlərinin qurulmasına çalışmalıyıq.

BMT-nin Məskunlaşma Proqramının göstəricilərinə görə, qlobal ev şəraitləri böhranı ilə üzləşən insanların sayı 2,8 milyarddır və onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşırlar. İki milyard şəhər sakini 2040-cı ilə qədər 0,5 Selsi dərəcəsindən əziyyət çəkəcəklər. Bu, nəinki qeyri-adekvat yaşayış yerləridir, o cümlədən mühüm rəqəmlərdir və onlar bu gün həyat mübarizəsi aparırlar. BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti kimi mən qeyd edirəm ki, nazirlərin dünən keçirilən görüşündə qeyd olundu ki, Nyu-Yorkda Yeni Şəhərsalma Gündəliyinin orta səviyyədə nəzərdən keçirilməsi üçün yüksəksəviyyəli qeyri-rəsmi görüşə hazırlaşır və onlar da eyni istiqamətdə addımlayaraq oxşar çətinliklərlə üzləşirlər. Bu, bizim ümumi məqsədimizdir və biz ona nail olmalıyıq.

Mən burada sizə söyləməliyəm ki, biz bu mübarizədə tək deyilik. Gəlin, öz səylərimizi iki dəfə artıraq ki, Yeni Şəhərsalma Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yerli səviyyədə işlər görək. Bildiyiniz kimi, bizim Assambleyamız hamı üçün adekvat iş yerlərinin yaradılması baxımından hökumətlərarası işçi qrupunu yaratmışdır. Bu, tarixi bir platformadır ki, çoxtərəfli əməkdaşlıq baş tutsun və qlobal siyasət ilə yerli səviyyədə görülən işlər arasında körpü salınsın.

Zati-aliləri, mən burada Assambleyanın prezidenti kimi qarşınızda çıxış edərək bildirmək istəyirəm ki, şəxsən mənim ölkəmin - Malayziyanın da bu sahədə təcrübəsi var. Malayziyanın getdiyi yol bu gün Yeni Şəhərsalma Gündəliyinə uyğundur və Malayziyanın "Madani" planına tam uyğun gəlir. Biz məhz 1,1 milyon əlçatan evin yaradılmasına, 77 faiz evə sahib olma dərəcəsinə nail olmuşuq. 115 milyon ağac əkərək yaşıllıq hədəflərinə nail olmuşuq və yerli hakimiyyət orqanları könüllü şəkildə yerli səviyyədə 60 faizdən çox tədbirlər görmüşdür. Bu da Dayanıqlı İnkişaf Məqsədlərinə doğru həyata keçirdiyimiz siyasətin müsbət təsirini göstərir.

Zati-aliləri, bu gün mən xüsusi vurğulayıram ki, əgər biz şəhərlərin xəritəsinə baxsaq, ona sırf elə yol və zonalardan ibarət ərazi kimi baxmalı deyilik. Biz burada simaları görürük. Əgər biz görürüksə ki, gənc sahibkar xarabalıqda öz biznesinə başlamaq istəyirsə, dənizin çəkilməsi nəticəsində sahilyanı yerlərdə ailələr risklərlə üzləşirsə, onda hamımız bu öhdəliyi öz üzərimizə götürməli, insanlar üçün doğru şəhərsalmanı həyata keçirməliyik və məhz illik 5,4 trilyon dollar maliyyə boşluğu üzə çıxır. Mən növbəti il Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bu mandatımı verdiyim zaman sizi dəvət edirəm ki, biz tədbirlər planının həyata keçirilməsinə başlayaq. Bu, iddialı və çox hərtərəfli bir proqram olacaqdır.

Zati-aliləri, hörmətli hökumət başçıları, Azərbaycan ev sahibi olaraq anlayır ki, evin olması əsl dəyərdir və bu, çox mühüm bir məfhumdur. Burada gözəl bir kəlam var: "Hər kəsin öz evi öz qibləsidir". Əsrlər boyu belə olubdur. Özünü evdə hiss etmək – bu, olduqca vacibdir. Bir halda ki, dünya qeyri-sabit vəziyyətlə üzləşir və görürük ki, təsisatlar öz səlahiyyətlərini yerinə yetirmir, yetirə bilmir, texnologiyalar bizim cəmiyyətimizi dəyişir - bu anlarda yadda saxlayın ki, gələcək onu proqnozlaşdıranlara yox, onu quranlara, onu inşa edənlərə məxsusdur və bizim vəzifəmiz gələcək şəhərsalmanın memarlarına kömək etməkdir.

Azərbaycanın daha bir gözəl kəlamı var və bu, bizim işimizə aiddir: "Dama-dama göl olar, axa-axa sel olar". Bir daha gəlin, Azərbaycanın bu müdrik kəlamını özümüz üçün təlimat kimi götürək. Bir halda ki, hər hansı bir siyasət müzakirə oluna bilər, hər hansı bir tərəfdaşlıq formalaşa bilər və hər hansı bir öhdəlik Bakıda formalaşa bilər, bu, ümid çırağıdır. Gəlin, birgə olaraq tədbirləri formalaşdıraq və o, bizi gələcəyə doğru aparacaq, heç kəs və heç bir yer diqqətdən kənarda qalmayacaq.

Mən sizin hamınıza çox məhsuldar və səmərəli forum arzu edirəm. Çox sağ olun.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış edərək dedi:

Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri, BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti Nqa Kor Minq.

Zati-aliləri, hörmətli nazirlər, öz dövlətlərinin və yerli hakimiyyət orqanlarının hörmətli nümayəndələri.

Hörmətli həmkarlar və qonaqlar.

Bütün protokol qaydalarına riayət edirəm. Mən əvvəlcə səmimi-qəlbdən öz fikrimi ifadə edirəm ki, Bakıda çox gözəl bir hava şəraiti yaranıb və biz bundan çox məmnunuq.

Zati-aliləri, biz gələcəyin nə gətirəcəyini bilməyə bilərik, lakin insanların bu gün qarşılaşdığı reallıqları yaxşı bilirik - iqlim böhranı, məcburi köçkünlük, münaqişələr və dağıntılar. Bu çətinliklər fonunda 1 milyarddan çox insan hələ də qeyri-sabit şəraitdə yaşayır - suya, kanalizasiyaya, elektrik enerjisinə, layiqli işə və təhsilə etibarlı çıxışı olmadan, xəstəliklərin yayıldığı və ən çox uşaqların sağlamlıq baxımından əziyyət çəkdiyi əlverişsiz mühitdədir. Bu, insanların böyük əksəriyyətinin yaxın gələcəkdə şəhərlərdə yaşayacağı bir dünyadır. Elə şəhərlər ki, burada bir çox gənclər, yaşlı insanlar, miqrantlar və yeni gələn şəxslər yaşamağa maddi imkan tapa bilməyəcəklər. Elə şəhərlər ki, burada daha çox insan məcbur olub küçələrə və qeyri-rəsmi yaşayış məntəqələrinə çıxacaq. Getdikcə daha çox olanlar və olmayanlar arasında bölünən şəhərlər üzə çıxacaq.

Zati-aliləri, hörmətli həmkarlar. Dünyanın müxtəlif icmalarından və yüksəksəviyyəli liderlərindən ibarət on minlərlə insanın burada - Bakıda bir araya gəlməsi təsadüfi deyil. Məqsədimiz bir mühüm suala cavab tapmaqdır: qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılar dövründə hər kəs üçün adekvat mənzili necə təmin etmək olar?

Son günlər Azərbaycanın bəzi bölgələrinə təsir edən güclü yağış və tufanlara baxmayaraq, - Zati-aliləri də bunu xatırlatdı, - biz burada, Bakıda dözümlülük, - biz bunu şəhərə aid edirik, - qətiyyət və ortaq məqsəd hissi ilə bir araya gəlmişik. Bu, reallıqdır, bu gün bir çox şəhərlərdə görünür.

Biz burada komanda halında işi, sürətli reaksiyanı görürük və bizim hamımızı bu gözəl bir məkana topladığınıza görə sizə təşəkkürümüzü bildiririk. Maraq səviyyəsi və iştirak burada müstəsnadır. Bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməmişdir. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bizə daha da yaxşı şəkildə göstərir və beləliklə, gəlin, özümüzə xatırladaq ki, biz birlikdə bu yolda sıfırdan başlamırıq.

Bütün regionlarda mənzil məsələsi iqtisadi artım, sosial inklüzivlik və iqlim dayanıqlığı ilə əlaqəli əsas siyasət prioritetinə çevrilir. Afrika boyunca hökumətlər əlçatan mənzil layihələrini, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsini və infrastruktur investisiyalarını inkişaf etdirirlər. Asiya və Sakit okean regionunda bir sıra ölkələr şəhərin yenilənməsi, əlçatanlıq və genişmiqyaslı mənzil tikintisi proqramlarını həyata keçirir. Latın Amerikasında sosial proqramlar var, Yaxın Şərqdə mənzil siyasəti getdikcə daha çox iqtisadi şaxələndirmə və demoqrafik dəyişikliklərlə əlaqələndirilir. Avropada və Şimali Amerikada isə hökumətlər artan şəhər təzyiqlərinə cavab olaraq əlçatan mənzil siyasəti həyata keçirirlər.

Dostlar, dünya diqqətini mənzil məsələsinə yönəltdiyi bir vaxtda artıq paylaşdığımız ortaq prinsipləri və baxışları da özümüzə xatırladırıq. Biz qəbul edirik ki, mənzil böhranı həm də bərabərlik, dayanıqlılıq və insan hüquqları böhranıdır. Şəhərlərimizin gələcəyi istisna üzərində deyil, inklüzivlik üzərində qurulacaqdır. Mənzil sistemləri uğursuz olduqda şəhərlər inkişaf edə bilməz. Biz bilirik ki, insanlar evlərini itirdikdə onlar, sadəcə, divarları və damı deyil, təhlükəsizliyini, dolanışıq imkanlarını və aidiyyət hisslərini də itirirlər. Mənzil hüququnun iqlim dəyişikliyi səbəbindən getdikcə daha çox təhdid altında olduğunu qəbul edərək biz, həmçinin ortaq bir fikri paylaşırıq: iqlim fəaliyyəti və mənzil siyasəti artıq ayrı-ayrı müzakirələr mövzusu ola bilməz. Bərpa mənzildən başlayır, dayanıqlılıq elə evin özündən başlayır. Bu gün tikdiyimiz evlər sabahın iqlim reallıqlarına davam gətirməlidir. Buna görə də biz inanırıq ki, mənzil siyasətdən kənarda deyil, qlobal fəaliyyətin mərkəzində yer almalıdır.

Mənzilin iqtisadi və maliyyə aspektlərini araşdırarkən biz birlikdə qəbul edirik ki, mənzil yalnız sosial zərurət deyil, həm də güclü iqtisadi mühərrikdir. Mənzilin sosial və iqtisadi potensialını reallaşdırmaq üçün möhtəkirliyə deyil, evləri maliyyələşdirən maliyyə sistemlərinə ehtiyac var.

Yeni Şəhərsalma Gündəliyinin aralıq icmalı həm bugünkü şəhər problemlərinin aktuallığını, həm də Kitoda verilmiş öhdəliklərin davamlı əhəmiyyətini təsdiqləməlidir. WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir. Artıq diqqəti həll yollarına yönəltməyin vaxtıdır. Hamı üçün adekvat mənzilə nail olmağın yolları hansılardır? Biz harada səhv etmişik və irəliləyişə nail olmaq üçün nəyin fərqini nəzərə almalıyıq? BMT-nin Məskunlaşma Proqramı qlobal mənzil böhranının həllinə malikdirmi? Qeyri-adekvat mənzil şəraitində yaşayan təxminən 3 milyard insan üçün bütün cavablarımız varmı? Gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1 milyarddan çox insan üçün nə edə bilərik? Yaxud evsiz vəziyyətdə olan təxminən 300 milyon insan üçün nə edə bilərik? Mən bunu iddia etməyəcəyəm, lakin bunu əlavə etməyə icazə verin. Burada məhz kollektiv səylər onu göstərir. Biz əlbəttə ki, burada bir araya gəlməyimizin vaxtını, xərcini əlavə etməyə cəsarət ediriksə, iqlimə təsiri əsla yüngül qiymətləndirməməliyik. Biz bir-birimizi dinləməli, təcrübəni bölüşməli və addımlar atmalıyıq. Bakı bu ilin iyul ayında keçiriləcək Baş Assambleyanın yüksəksəviyyəli toplantısına aydın bir mesaj göndərmişdir. Biz mənzil böhranını sadəcə tanımaqdan çıxaraq, Dayanıqlı İnkişaf Məqsədlərinə konkret siyasətlər və investisiyalar yatırmalıyıq. Ümid edirəm ki, biz Bakıdan bu inamla ayrılacağıq: bugünkü qlobal çağırışlara baxmayaraq, adekvat mənzil hər kəs üçün istisnasız olaraq əlçatan ola bilər.

Sonda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istəyirəm.

İndi isə mən məmnuniyyətlə sessiyanı rəsmi olaraq açıq elan edirəm. Sağ olun.

Bununla da rəsmi açılış mərasimi başa çatdı.



Oxunub: 871
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:29 | Paşinyan Koçaryandan danışıb - "Hamısı həbs olunacaq"
    Dünən, 21:05 | Qazaxda faciə: 14 yaşlı uşaq göldə boğularaq həyatını itirib
    Dünən, 19:10 | Qazaxda çayda batan məktəbli sudan çıxarıldı - Həyatını itirib+Yenilənib
    1-07-2026, 17:16 | Ursula Fon der Lyayen Azərbaycana gəldi - FOTO
    1-07-2026, 17:06 | "Qarabağ" Ukrayna klubuna uduzdu
    1-07-2026, 17:01 | Goranboyda göldə 53 yaşlı qadının meyiti tapıldı - həkim imiş
    1-07-2026, 16:51 | Zərərli olduğu deyilən palma yağı faydalıdır? – AÇIQLAMA
    1-07-2026, 16:49 | "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    1-07-2026, 16:47 | Özəl bağçalarda təhsil haqqının bir hissəsini dövlət ödəyəcək - Fərmanın icrasına başlanıldı
    1-07-2026, 16:43 | Məhəl qoymasalar, İran onlara dərs verəcək
    1-07-2026, 16:42 | DTX Mətbuat xidmətinin məlumatı
    30-06-2026, 15:47 | Qaymaq faydalıdır, yoxsa zərərlidir? - vacib xəbərdarlıq
    30-06-2026, 15:36 | Göyçayda su kanalına aşan avtomobildən 84 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
    30-06-2026, 15:34 | Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    30-06-2026, 15:32 | Qarpız qabığını atmayın: Sağlamlıq üçün faydaları sizi təəccübləndirə bilər
    30-06-2026, 15:30 | Yeni peşə təhsili ixtisasları yaradıldı
    30-06-2026, 15:29 | Daha 6 itkin-şəhid dəfn olunacaq - Foto
    30-06-2026, 15:27 | Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı...
    30-06-2026, 12:38 | Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
    30-06-2026, 12:34 | Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
    30-06-2026, 12:30 | Azərbaycanda 50 min manatlıq yeni cərimə...
    30-06-2026, 12:26 | Rusiya 5 yerə parçalanacaq - Yeni dövlətlərin adları...
    30-06-2026, 09:06 | Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
    30-06-2026, 09:03 | DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    30-06-2026, 09:01 | Rusiyada benzin böhranı dərinləşir - Daxili çaxnaşma gözlənilir
    30-06-2026, 08:58 | Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    29-06-2026, 16:16 | "Haber Global" Bakıda keçirilən Türk Dünyası Həftəsi barədə süjet hazırlayıb - VİDEO
    29-06-2026, 16:13 | Moskvada və bölgələrdə xaos başlayıb – Rusiyanın neft sənayesi çökür
    29-06-2026, 14:39 | Ukrayna sərhədi keçərsə... – Belarusdan xəbərdarlıq
    29-06-2026, 14:36 | Putin narahatdır, Gerasimov prezidenti aldadır
    29-06-2026, 13:27 | Bu türk ölkəsi Gürcüstanla strateji tərəfdaş olur
    29-06-2026, 12:04 | Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    29-06-2026, 12:02 | MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    29-06-2026, 12:00 | Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir
    29-06-2026, 11:59 | Arazdəyən yolunda müəmma: daha 3 erməni yandı
    27-06-2026, 23:21 | Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var
    27-06-2026, 23:19 | "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    27-06-2026, 22:44 | Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
    27-06-2026, 22:42 | Türkiyə futbolunda Məsud Özil dövrü başlayır
    27-06-2026, 22:38 | Venesuelada ölənlərin sayı 1430-a çatdı
    27-06-2026, 20:23 | İranda daha bir nəfər edam edildi
    27-06-2026, 19:57 | Mayda çökən körpünün təmiri niyə ləngiyir?
    27-06-2026, 19:55 | Bu, dünya çempionatı yox, fəlakətdir - İran millisinin kapitanı
    27-06-2026, 19:51 | İtkin düşən 11 nəfər tapıldı - DİN
    27-06-2026, 19:48 | İkinci qəbul imtahanı asan olacaq? - Nuri
    27-06-2026, 16:05 | Nəriman Həsənzadənin son durumu...
    27-06-2026, 15:32 | Tehrana zərbələr endirildi
    27-06-2026, 15:29 | Rusiya bu yaşayış məntəqəsini işğal etdi
    27-06-2026, 15:27 | Toydan 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...
    27-06-2026, 15:01 | General bu vəzifəyə gətirilə bilər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.