Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırılıb
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının qaldırılması mərasimi keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər. Bayraqların qaldırılması mərasimi sessiyanın rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha göstərir.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















