Bu ərazilərdə qaz olmayacaq
Sabah saat 09:00-dan Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Qaz təchizatının dayandırılması təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















