Türkiyə millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı il dünya çempionatı üçün milli komandanın geniş heyətini elan edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TFF saytı məlumat yayıb. Açıqlanan ilkin siyahıda 35 nəfər futbolçunun adı yer alıb. Qapıçılar: Altay Bayındır, Ərsin Dastanoğlu, Mərt Günok, Muhammed Şengezer, Uğurcan Çakır. Müdafiəçilər: Abdülkərim Bardakcı, Ahmetcan Kaplan, Çağlar Söyüncü, Ərən Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mərt Müldür, Mustafa Eskihellaç, Ozan Kabak, Samet Akaydın, Yusuf Akçiçek, Zəki Çelik. Yarımmüdafiəçilər: Atakan Karazor, Demir Ege Tıknaz, Hakan Çalhanoğlu, İsmail Yüksək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Aral Şimşir, Arda Güler, Barış Alper Yılmaz. Hücumçular: Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün, Yusuf Sarı. Qeyd edək ki, Türkiyə yığması dünya çempionatında yer aldığı D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə üz-üzə gələcək.





















