Türkiyə millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı il dünya çempionatı üçün milli komandanın geniş heyətini elan edib. Medıaxeberlerı.Az xəbər verir ki, bu barədə TFF saytı məlumat yayıb. Açıqlanan ilkin siyahıda 35 nəfər futbolçunun adı yer alıb. Qapıçılar: Altay Bayındır, Ərsin Dastanoğlu, Mərd Günok, Məhəmməd Şəngəzər, Uğurcan Çakır. Müdafiəçilər: Abdulkərim Bardakcı, Əhmədcan Kaplan, Çağlar Söyüncü, Ərən Almalı, Fərdi Kadıoğlu, Merih Deəmiral, Mərd Müldür, Mustafa Əskihəllac, Ozan Kabak, Samət Akaydın, Yusif Akçiçək, Zəki Çelik. Yarımmüdafiəçilər: Atakan Karazor, Dəmir Ege Tıknaz, Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Aral Şimşir, Arda Gülər, Barış Alpər Yılmaz. Hücumçular: Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün, Yusif Sarı. Qeyd edək ki, Türkiyə yığması dünya çempionatında yer aldığı D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə üz-üzə gələcək.





















