Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxır. Mediaxeberleri.Az xəbər verir ki, millimiz Bakıda Ukrayna yığmasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2). D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 9 sentyabr DÇ-2026, seçmə mərhələ D qrupu 20:00. Azərbaycan - Ukrayna - 1:1 Qol: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 - pen. Baş hakim: Vassilis Fotias (Yunanıstan) Tofiq Bəhramov adına Respublika Stadionu