Azərbaycan radiosunun binası söküləcək
Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir: “Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: