Kəlbəcərdə ağır qəza: ölən var
Kəlbəcər rayonunda yük avtomobilinin dərədən aşması nəticəsində bir nəfər ölüb. Mediaxeberleri.Az Teleqraf-a istiandən xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. İlkin məlumata görə, vəfat edən avtomobilin sürücüsü olub. Faktla bağlı araşdırma başlanılıb. *** Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub. Məlumata görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır.
 
 
Oxunub: 322
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















