Qaynını və onun arvadını baltaladı, biri öldü
Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub. Mediaxeberleri.Az Report-a istiandən xəbər verir ki, 67 yaşlı Qusar rayon sakini Vəkil Saday oğlu Əlibəyov qaynı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu və onun həyat yoldaşı 49 yaşlı Şəlalə Ömərovanı baltalayıb. Nəticədə Ş.Ömərov ölüb, Ş.Ömərova isə xəsarət alıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: