Bakıda 29 yaşlı kişi küt alətlə öldürüldü
Bakıda qətl hadisəsi olub. Hadisə bu gün Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 29 yaşlı Piriyev İkram Rəhim oğlu küt alətlə vurularaq, qətlə yetirilib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Zahir Soltanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: