Tanışını səbəbsiz yerə bıçaqlayan şəxsə hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Uğur Malikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmənin hökmü o, 7 il müddətə azadlıqdan məhrum edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İttihama görə, hadisə 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, Uğur Malikov zərərçəkmiş Cəfər Cəfərzadəyə (adı, soyadı şərtidir) heç bir səbəb olmadan mətbəx bıçağı ilə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Uğur Malikov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: