Ağstafada Məhsul bayramı keçirilib - FOTOLAR
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Ağstafa şəhər Heydər Əliyev adına istirahət parkında təşkil olunan tədbir əsl bayram coşqusu ilə yadda qalıb. Milli musiqi alətlərinin sədaları altında hazırlanan Məhsul bayramında heyvandarlıq, əkinçilik, arıçılıq və digər kənd təsərrüfatı eyni zamanda yerli şirkətlərin istehsalı olan məhsullarının da sərgi satış yarmarkası təşkil olunub. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirib ki, Ağstafa aqrar rayondur və burada istənilən növ kənd təsərrüfatı məhsulunu yetişdirmək üçün münbit torpaq və iqlim şəraiti vardır. Bütün növ iqtisadi göstəriciləri ildən ilə artan Ağstafada Məhsul bayramını qeyd etmək bütün zəhmətkeşlərin və rayon sakinlərinin ürəyincədir. Yerli fermerlərin və aqrar sektor üzrə şirkətlərin təqdim etdiyi 20 dən artıq stenddə məhsullar bazarlara nisbətən alıcılara sərfəli qiymətə təklif olunub.Son illərdə bir çox rayonlarda məhsul bayramlarının keçirilməsində əsas məqsəd regionların təbliği, bölgələrin mədəni, sosial-iqtisadi potensialının nümayişi, eyni zamanda, turizmin inkişaf etdirilməsidir