Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
  • Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
  • Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
  • Bakı-Ankara münasibətləri Astananı da narahat edir
  • Konfrans Liqası: III turun oyunları keçirildi
  • İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
  • Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
  • Bu türk ölkəsi eneji içkilərini qadağan edir
  • Onlara da məcburi köçkün statusu veriləcək
  • Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • Dövlət başçısı bu qanunu təsdiqlədi
  • Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
  • Prezident fərman imzaladı
  • Bir qrup media nümayəndəsi təltif edildi
  • Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
  • Başçı oğlunu aldadan qardaşlar həbs olundu
  • Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
  • Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Tərəflər gizli razılığa gəlib: Tofiq Zülfüqarovdan sensasiyalı MÜSAHİBƏ

  • Tarix: 25-06-2025, 14:21

İsrail və İran arasında atəşkəs əldə olunsa da, bu razılaşma hələ kövrəkdir.

Yaxın Şərqdə sülhə nail olunması və daha fəlakətli müharibənin qarşısının alınması bu atəşkəsin davamlılığından asılı olacaq. Ən vacib olan isə İranın nüvə və raket proqramlarına dair rəsmi Tehranın ABŞ ilə Oman paytaxtı Muskatta davam etdirəcəyi qapalı danışıqların nəticəsidir.

İran nüvə proqramından imtina etsə, teokratik rejim daha da zəifləyə və çökə bilər.

Mövcud vəziyyətə və proseslərin gələcək inkişafına aydınlıq gətirmək üçün “Cebheinfo.az”-ın suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:

-İsrail və ABŞ ilə İran arasında sülhə nail olunması ilk növbədə atəşkəsə əməl olunmasından asılıdır. Sizcə, atəşkəs davamlı olacaqmı?

- Bu hərbi əməliyyatların təşəbbüskarının hansı tərəf olmasının fərqi yoxdur. Çünki bu dövlətlər arasında əvvəldən düşmənçilik var idi. İran İslam Respublikası yarandığı gündən bəyan edib ki, İsrail dövləti məhv olmalıdır. Bu alınmadı. İsrailin isə elan edilmiş iki açıq məqsədi var. 

Birincisi, İranın nüvə proqramının ləğv olunması və raket proqramlarının dondurulması, yaxud dayandırılmasıdır. İkinci məqsəd İranın idarəetmə sisteminin dəyişdirilməsidir. 

İsrail İran rejiminin dəyişdirilməli olduğunu deyir. İndi atəşkəs bərqərar olsa, hərbi əməliyyatların İran tərəfindən davam etdirilməsi mənasız olar. Çünki İranın qarşısında İsraildən və ABŞ-dən başqa Qərb koalisiyası, Körfəz dövlətləri, ərəb ölkələrinin böyük hissəsi dayanır. İndi atəşkəs şərait yaradacaq ki, israil və Qərb koalisiyası tərəfindən bəyan edilən məsələlər öz həllini tapsın. 

Mən güman edirəm ki, ABŞ-nin danışıqlar aparmaqda məqsədi öz hədəflərinə çatmaq üçün qarşı tərəfin təbliğati və ya imic baxımından hansısa probleminin yaranmamasıdır. Onlar yaxşı başa düşürlər ki, İran cəmiyyətində hazırkı hakimiyyətin də öz tərəfdarları var. 

Ona görə də istədiyinə nail olmağa çalışır. Bu baxımdan, Netanyahu ilə Trampın bəyanatlarında fərq müşahidə olunur. Məlumdur ki, Omanda ABŞ və İran arasında danışıqlar formatı mövcuddur. Həmin format çərçivəsində nüvə proqramına dair hansısa razılaşma əldə olunub.

- Yəni hesab edirsiniz ki, tərəflər hər hansı gizli razılığa gəlib...

- Bəli. Hətta nüvə mərkəzini dağıtmaqla İran ictimaiyyətinə göstərdilər ki, bunun barəsində danışmaq əsassızdır və bu, de-fakto dağılıb. O ki qaldı raket texnologiyalarına, bununla bağlı xüsusi konvensiya var. Uçuş məsafəsi 300 kilometrdən artıq olan raket texnologiyaları başqa ölkələrə verilməməlidir. İranın raket proqramının nəzarət altında saxlanılması məqsədlərdən biri olacaq. 

O ki qaldı rejimin dəyişməsinə, bu istiqamətdə bəzi islahatlar gündəmdədir. İranın daxilində də bununla bağlı müəyyən müzakirələr gedir. Dəyişikliyin hansı formada baş verəcəyini söyləmək çətindir.  Nəzərə almaq lazımdır ki, İranda mürəkkəb xüsusi bir dövlət quruluşu var. Dövlət orqanları ilə yanaşı, səlahiyyətləri daha geniş olan qurumlar var. Ali rəhbərin birbaşa tabeliyində olan Ekspertlər Şurası, ordu, hansısa iqtisadi strukturlar və s. fəaliyyət göstərir. Əgər islahatlar baş versə, bu anormal qurumların bəziləri ləğv edilə bilər. 

Vaxtilə SSRİ-də də bunabənzər sistem var idi. Hökumət və dövlət qurumları ilə yanaşı, geniş səlahiyyətlərə malik partiya orqanları fəaliyyət göstərirdi. Rayon partiya komitələri iqtisadiyyatı idarə edirdi, orduda siyasi şöbələr mövcud idi. 

Yenidənqurma dövründə partiyanın bu səlahiyyətlərinə xitam verildi. Mən İranda da bu cür dəyişikliklərin baş verəcəyini istisna etmirəm. Qərb koalisiyası və İran arasında gedən müharibənin nəticəsi kimi bu islahatların aparılacağı gözləniləndir.

- İran rejiminin dəyişməsi prosesinin etiraz aksiyaları hesabına, yəni aşağıdan yuxarı və daxili amillə bağlı olacağına dair rəylərə daha çox rast gəlmək olar. Siz isə bu prosesin beynəlxalq öhdəlik kimi yuxarıdan aşağı həyata keçirilən islahatlar baş verəcəyini proqnozlaşdırırsınız...

- Mən rəsmi öhdəliyin olacağını görmürəm. Çünki aparılan danışıqlarda, təmaslarda mövzuların hamısı cəmiyyətə çatdırılmayıb. Yenidənqurma vaxtı SSRİ rəhbərliyinin hansı öhdəliyi yerinə yetirdiyi bəlli deyildi. 

Birdən-birə Çikaqo iqtisadi məktəbinin müşavirləri Sovet hökumətinin idarəçiliyində yer almağa başladılar. Yəni bu, müxtəlif şəkildə ola bilər. Rəsmi olmasa da, fərqli öhdəliklərin olması göz qabağındadır.

- Atəşkəs hələ sülh deyil və potensial münaqişə deməkdir. Bu baxımdan, İranın ABŞ-nin tələblərini yerinə yetirəcəyinə inanırsınızmı? Unutmaq olmaz ki, atəşkəsdən həm İran, həm də İsrail əlini gücləndirmək üçün istifadə edəcək. Belə olan halda atəşkəsə riayət ediləcəyinə zəmanət varmı?

- Dərhal bu danışıqlara gedilməsi və atəşkəs haqqında razılaşmanın əldə olunması deməyə əsas verir ki, hər hansı sənədlərin imzalanması prosesi olmayacaq. İctimaiyyətin nəzarətindən kənarda İranda siyasi nüfuza malik olan qurumlarla Qərb arasında razılaşma əldə olunacaq. 

Amma bu, bərabər tərəflərin razılaşması deyil. İran artıq hərbi məğlubiyyəti başa düşür, hərbi əməliyyat aparmaq iqtidarında deyil.  İranın elitası bu reallığı nəzərə alaraq hansısa şərtləri yerinə yetirməyə məcburdur. İsrail ultimatumunda İranın neft sənayesinin vuracağı ilə hədələyir. Bu isə böyük iqtisadi fəsadlara səbəb olacaq. 

İranın dövlət büdcəsi enerji daşıyıcılarından asılıdır. Nəticədə İranda böyük sosial partlayış baş verə bilər. Ona görə də mən sosial şəbəkələrdə də bildirmişəm ki, İran müharibəni uduzub. Çünki hava sahəsində üstünlük İsrailə məxsusdur. Mən bu məsələdə tərəf tutmuram və təbliğatçı deyiləm. İran da məğlub tərəf kimi özünün xoşuna gələn və gəlməyən şərtlər arasında seçim etməlidir. Ya da müharibəni davam etdərsə, hava zərbələri ilə İranın iqtisadiyyatını, inkişafını on illərlə geriyə atacaqlar.

- İran kapitulyasiya sənədini imzalaya bilər yoxsa, həmin mərhələ hələ çatmayıb?

- Sizin terminologiyanız klassik diplomatiyanın məfhumlarıdır. Bu, kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Heç bir tərəf istəməz ki, “kapitulyasiya” ifadəsi işlənsin. Ona tarix qiymət verəcək. Bu çətin vəziyyətdə İranın siyasi elitası çox mürəkkəb qərarlar qəbul etməlidir. Vəziyyətin təhlili göstərir ki, hərbi əməliyyatlar zamanı İranın i özünü madafiə etməyə və suverenliyini qorumağa mkanı çatmayıb.

- Sizcə, atəşkəs Qərb koalisiyası ilə İran arasında əldə olunub, yoxsa, bu, daha qlobal səviyyədə, yəni ABŞ və Çin arasında və qapalı şərtləri özündə ehtiva edən bir razılaşmadır? Çünki İsrail və İran faktiki olaraq, ABŞ və Çin arasında vəkalət müharibəsi aparır.

- İran uzun müddətdir ki, özünü hansısa siyasi düşərgənin üzvü kimi təqdim edir. İndi bu üzvə ciddi zərbə dəyib. İran, Rusiya, Çin, Şimali Koreyanı müttəfiq adlandırsalar da, bu dövlətlərin ittifaqı formalaşmayıb. Onların qarşılıqlı öhdəlikləri də yoxdur. Hətta Qərb koalisiyası daxilində də yekdil mövqe görmürük. Tramp və Makronun sözü üst-üstə düşmür. İranın aid olduğu düşərgə formalaşmayıb. Amma ABŞ və bəzi Qərb dövlətləri İsrailə hərbi dəstək verdilər. 

Bu da Qrəb düşərgəsinin daha mükəmməl şəkildə formalaşdığını göstərir. Hətta bəzi ərəb ölkələrinin də İsrailin yanında yer aldığını istisna etmirəm. İndi isə yarıgizli, yarıaçıq, yarıhərbi, danışıqlardan ibarət siyasi proses gedir. Müəyyən mərhələdə danışıqlar dondurulur və hərbi əməliyyatlar bərpa olunur. Proseslər göstərir ki, nə Rusiya, nə Çin İranın yanında yer aldı. Körfəz ölkələri İran raketlərinin öz ərazisindən İsrailə uçmasına imkan vermədi. Raketləri və PUA-ları vurublar. Hətta Suriyanın yeni rəhbərliyinin İrana qarşı mübarizədə İsrailin yanında yer alacağını istisna etmirəm. Görün, əvvəlki mənzərə necə dəyişib.

Müşfiq Abdulla
“Cebheinfo.az


Oxunub: 819
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Bu gün, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Bu gün, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Bu gün, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Bu gün, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    Dünən, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    Dünən, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    Dünən, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    Dünən, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    Dünən, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    Dünən, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Dünən, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    Dünən, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    Dünən, 16:05 | Prezident fərman imzaladı
    Dünən, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    Dünən, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    Dünən, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    Dünən, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    Dünən, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    Dünən, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    Dünən, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    Dünən, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    Dünən, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    Dünən, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    Dünən, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Dünən, 07:41 | Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi - Foto
    Dünən, 07:10 | Noyabrın 8-nə qədər çox şanslı olacaq BÜRCLƏR
    Dünən, 07:09 | Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
    Dünən, 07:07 | Şöbə rəhbəri xəstəxananın baş həkimi oldu - FOTO
    Dünən, 07:05 | İmmuniteti gücləndirməyin ən asan yolu...
    Dünən, 07:03 | Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
    Dünən, 01:31 | UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
    Dünən, 01:04 | "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
    Dünən, 01:01 | Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
    Dünən, 00:57 | Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
    4-11-2026, 22:54 | Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
    4-11-2026, 22:52 | Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
    4-11-2026, 22:50 | Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
    4-11-2026, 22:48 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dünyaya günəş kimi doğan Azərbaycan” mövzusunda tədbir keçirilib
    4-11-2026, 22:21 | Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
    4-11-2026, 21:10 | Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
    4-11-2026, 21:02 | Büdcəyə bu vergidən daxilolmalar azalacaq
    4-11-2026, 20:57 | Biz əməkdaşlığa can atırıq - Putin
    4-11-2026, 20:49 | Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
    4-11-2026, 20:46 | Azərbaycanda təbii qaz hasilatında artım
    4-11-2026, 20:24 | Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    4-11-2026, 19:43 | Valideyn qocalanda övlad baxmaq istəmirsə, cəzası varmı? - ARAŞDIRMA
    4-11-2026, 19:39 | Vətən müharibəsi şəhidi Babək Həsənovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
    4-11-2026, 19:16 | Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.