Həbs olunmuş Musa Şəkiliyev hələ də icra başçısı vəzifəsində göstərilir - Foto
Mediaxeberleri.Az xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytında Musa Şəkiliyev hələ də icra başçısı vəzifəsində göstərilir. Keçid: Qax Rayon İcra Hakimiyyəti (http://qax-ih.gov.az/az/icra-hakimiyyetinin-bascisi.html) Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı Musa Şəkiliyevi saxlayıb. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla M.Şəkiliyev vəzifəsindən azad edilib. Səbail Rayon Məhkəməsi M.Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan təbdir seçib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.Xəbər verildiyi kimi, üç gün öncə Şəkiliyev Musa Şaban oğlu Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.