13 iyun 2025-ci il tarixində Ağstafa Gənclər Evi SXM-də Ağstafa rayonu üzrə gənclər və idman sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi və "Keşikçi Dağ" Dövlət Qoruğu tərəfindən “Heydər Əliyev – Azərbaycan xalqının xilaskarıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclər və idman sektorunun müdiri Turan Hüseynov, Gənclər Evi SXM-in dərnək rəhbəri Firəngiz İsmayılova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Lalə Quliyeva və könüllü gənc Şahnaz Mahmudova çıxış edərək, 15 İyun tarixinin Azərbaycan dövlətçiliyinin bərpası və möhkəmlənməsindəki əhəmiyyətindən danışıblar.