27 may 2025-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qazax Rayon Komitəsi və Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May – Konstitusiya və Suverenliyin Zəfəri” adlı tədbir keçirilib.
Mediaxeberleri.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri ATİAHİ Qazax Rayon Komitəsinin sədri Donara Həsənova açaraq, 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti barədə məlumat verib və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək, 28 May – Müstəqillik Günü münasibətilə bütün tədbir iştirakçılarına ən xoş arzularını çatdırıb.
Daha sonra şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar və səhnəciklər təqdim olunub.
Tədbir iştirakçıları təhsil işçilərinə göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə minnətdarlıqlarını bildiriblər.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: