Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq qrafikə uyğun olaraq Vurğun qəsəbə tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciətlərin qanunvericiliyə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin müvafiq qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə fəaliyyət göstərən Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla hər kəs yaşadığı ünvanı tərk etmədən rahat qaydada istənilən məzmunlu müraciətini aidiyyəti üzrə göndərə bilər.
Oxunub: 179
Xəbəri paylaş
Paylaş: