Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Poylu qəsəbəsində keçirdiyi növbəti səyyar qəbulda vətəndaşları maraqlandıran və narahat edən məsələləri araşdırıb, mövcud çatışmazlıq və nöqsanların aradan qaldırılması istiqamətində nəzarət qaydasında aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Səyyar qəbulda, o cümlədən yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, müvafiq idarə, müəssisə və təşkilatların nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
RİH baçışı çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən milli inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycanı güclü iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahib çıxarıb. Dövlətimizn siyasətinin ana xəttini əhaliyə diqqət və qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir.
Səyyar qəbulda çıxış edən Poylu qəsəbə sakinləri, Gülnarə Hüseynova və Tahir İbrahimov ölkə rəhbərliyinin tapşırığı ilə Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq, sosial infrastruktur layihələrin rayon ictamiyyəti tərəfindən əhalinin firəvanlığına hesablanmış addım kimi qiymətləndirildiyini vurğulayıb, ümumilikdə ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik və əmin-amanlığa görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: