Qazax - Tovuz regionu üzrə şagirdlər ən çox bu universitetləri SEÇİR
Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir. Maraqlıdır, Qazax-Tovuz regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub? Mediaxeberleri.Az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Ağstafa şəhəri üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitinə qəbul olub. Gədəbəy rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub. Qazax rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub. Şəmkir rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetinə qəbul olub. Tovuz rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.