Ağstafada qardaş qardaşın qanını tökdü
Ağstafa rayonunda ailə münaqişəsi qanla bitib. Mediaxeberleri.Az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. 1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. lkin məlumata görə, hadisəni törətməkdə qardaşı 1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev şübhəli bilinir. Belə ki, atası ilə mübahisə edən qardaşını ayırmağa çalışan V. Gəncəliyev kəsici alətlə A. Gəncəliyevə qol və çiyin nahiyyəsindən xəsarət yetirib. Hazırda yaralının vəziyyəti kafidir.
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: