Həyat yoldaşını döyərək öldürdü - BAKIDA
Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə Bakının Nizami rayonunun Nəsimi küçəsində qeydə alınıb. Ağstafa rayon, Dağ Kəsəmən kənd sakini 20 yaşlı Vəliyeva Ləman Mehman qızını mübahisə zamanı əri kirayə yaşadıqları mənzildə döyərək öldürüb. Mərhumun cənazəsi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə (Ata nənəsinin evinə) aparılıb. Xatırladaq ki, cütlüyün 4 aylıq qız körpəsi anasız qaldı. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 586
Xəbəri paylaş
Paylaş: