30 may 2025 - ci il tarixində Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-də Məzun günü keçirilib.
Tədbirdə Qazax Rayon Icra Hakimiyyətinin şöbə müdirinin müavini Ceyhun Rüstəmov, Qazax - Tovuz Regional Gənclər və idman idarəsinin müdiri Əziz Məsmalıyev ,kollecin rəhbərliyi və müəllim, tələbələri iştirak etmişdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib daha sonra xalqımızın Ümummilli Lideri Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən qonaqlar, C. Rüstəmov, Ə. Məsmalıyev, kollecin direktoru E. Quluyev, tədris işləri üzrə direktor müavini V. Əyyubov, qeydiyyat, qiymətləndirmə bölməsinin müdiri E.Əfəndiyeva 2024-2025- ci ildə məzun adını qazanan tələbələri təbrik etdilər.
Kollecin ictimai-siyasi həyatında aktiv olan gənclər Qazax Tovuz Regional Gənclər Idman idarəsi və kollecin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: