Mediaxeberleri.az
    
  • Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir
    Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir
  • 
  • Aşağı Güzdək qəsəbəsində anbarda güclü yanğın başlayıb
    Aşağı Güzdək qəsəbəsində anbarda güclü yanğın başlayıb
  • 
  • Vətən müharibəsi ilə bağlı yeni video yayıldı - Real kadrlar
    Vətən müharibəsi ilə bağlı yeni video yayıldı - Real kadrlar
  • 
  • Ağstafada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
    Ağstafada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
  • 
  • 27 Sentyabr – Anım Gününün beşinci ildönümü Ağstafada ümumrayon anım tədbiri ilə qeyd olunub
    27 Sentyabr – Anım Gününün beşinci ildönümü Ağstafada ümumrayon anım tədbiri ilə qeyd olunub
  • 
  • Xaçmazda DƏHŞƏT: Arvadı ilə dalaşdı, qayınatasını bir yumruğa öldürdü
    Xaçmazda DƏHŞƏT: Arvadı ilə dalaşdı, qayınatasını bir yumruğa öldürdü
  • 
  • Dərslik boşluğu və müəllim motivasiyası: Ali təhsil nə vəziyyətdədir?
    Dərslik boşluğu və müəllim motivasiyası: Ali təhsil nə vəziyyətdədir?
  • 
  • "AZƏRBAYCAN KREMLİN ƏLALTISINI SAXLAYIB..." - "Putinin pul kisəsi" ləqəbli bu oliqarxa qarşı cinayət prosesi nə üçün alqışlanmamalıdır?"
    "AZƏRBAYCAN KREMLİN ƏLALTISINI SAXLAYIB..." - "Putinin pul kisəsi" ləqəbli bu oliqarxa qarşı cinayət prosesi nə üçün alqışlanmamalıdır?"
  • 
  • “Bu dəyişikliklər Konstitusiyaya ziddir...” - "Vergini pinəçilər, corab satanlar ödəməlidir?"
    “Bu dəyişikliklər Konstitusiyaya ziddir...” - "Vergini pinəçilər, corab satanlar ödəməlidir?"
  • 
  • Rusiyanın bombaladığı Donetsk vilayətinin Konstantinovka şəhərindən FOTOREPORTAj
    Rusiyanın bombaladığı Donetsk vilayətinin Konstantinovka şəhərindən FOTOREPORTAj
  • 
  • “Mənə düşmən olanla niyə danışığa gedim?!” - 12 milyonluq yeyintindən danışdı
    “Mənə düşmən olanla niyə danışığa gedim?!” - 12 milyonluq yeyintindən danışdı
  • 
  • “BAKI SÜBUT ETDİ Kİ, O, FƏLƏSTİNİN SƏMİMİ TƏRƏFDAŞIDIR” – “Bu gün top Vaşinqton və Təl-Əvivin meydançasındadır” (SƏFİRLƏ SÖHBƏT)
    “BAKI SÜBUT ETDİ Kİ, O, FƏLƏSTİNİN SƏMİMİ TƏRƏFDAŞIDIR” – “Bu gün top Vaşinqton və Təl-Əvivin meydançasındadır” (SƏFİRLƏ SÖHBƏT)
  • 
  • Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib
    Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib
  • 
  • 7 ölkənin lideri gələn həftə Azərbaycana gəlir - Nələr müzakirə ediləcək?
    7 ölkənin lideri gələn həftə Azərbaycana gəlir - Nələr müzakirə ediləcək?
  • 
  • Reanimasiyada yatan xalq artistinin son durumu
    Reanimasiyada yatan xalq artistinin son durumu
  • 
  • Azərbaycanın bu rayonlarından ŞOK GÖRÜNTÜLƏR - Nazirlik hərəkətə keçdi
    Azərbaycanın bu rayonlarından ŞOK GÖRÜNTÜLƏR - Nazirlik hərəkətə keçdi
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub
  • 
  • Əminə Yusifqızı vəfat etdi
    Əminə Yusifqızı vəfat etdi
  • 
  • Ağstafada 41 yaşlı müəllimə dərs zamanı qəfil dünyasını dəyişdi
    Ağstafada 41 yaşlı müəllimə dərs zamanı qəfil dünyasını dəyişdi
  • 
  • Ağstafanın Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    Ağstafanın Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • 
  • Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi - "Kaspi"nin TƏHLİLİ
    Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi - "Kaspi"nin TƏHLİLİ

Son xəbərlər :
  • Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
  • Azərbaycan millisinin futbolçusu əməliyyat olundu
  • Stressi aradan qaldıran vaksin təqdim edilib
  • Gözəllik məhsullarında zəhərli kimyəvi maddələr aşkar edilib
  • Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Bələdiyyə üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşüb
  • “Deyirlər ki, ərin hara baxır...”
  • Premyer Liqada IX tura bu gün yekun vurulacaq
  • Paytaxtda SÖKÜNTÜ: Hansı ərazilər plana düşüb? - VİDEO
  • Yayda toz-torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi - VİDEO
  • Bakı–Qazax magistralında QƏZA: Ölən və yaralananlar var
  • Ağstafada yol-nəqliyyat hadisəsi baş verib
  • Zabil Qəhrəmanov haqda qərar verildi - Yenilənib
  • Leysan, dolu, sulu qar...
  • Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı
  • Xocalıda çəkilən YENİ KADRLAR: Ermənilər Xan yadigarını bərbad hala salıblar - VİDEO
  • Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
  • İnfarkt keçirib, 5 saniyədə vəfat edib: 31 yaşlı məmurun ölümünün TƏFƏRRÜATLARI - FOTO
  • AĞDAŞ POLİSİ GÖYÇAYLI DƏLƏDUZU HƏBS EDİB – Fermerlərin külli miqdarda pulunu mənimsəyib (FOTO+VİDEO)
  • Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir (VİDEO)
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"BU MÜSTƏQİLLİYİN BAŞ MEMARI, HEÇ ŞÜBHƏSİZ Kİ, RƏSULZADƏDİR" – Millət vəkilinin YAZISI

  • Tarix: 29-05-2025, 12:23

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının mahiyyətidir!

Rəsulzadəni nə qədər əsassız ittiham edirsənsə, onun haqqını tanımaqdan imtina edirsənsə, əksinə, bu böyük şəxsiyyətə qarşı sevgini daha çox artırmış olursan


Fazil MUSTAFA,


millət vəkili

Sabah erkəndən sosial şəbəkə və zənglər üzərindən xeyli təbriklər alırıq və özümüz də duyarlı insanları təbrik edirik. Düşündüm ki, bəlkə bu tarixin memarı olan Məhəmməd Əmin bəyi anlatmaq ümumi təbrik ritualından daha faydalı olardı. Əvvəllər yazdıqlarımı da indiki düşüncələrimlə sistemləşdirib bir yazı ortaya qoydum. 28 Mayı bir daha sağlam mühakiməmizlə düşünməmiz üçün faydalı ola bilər, deyə düşündüm.

MƏHƏMMƏD ƏMİN BƏY

İlk çağındaydı gözəl mövsümün,

Qışdan çıxılmışdı, bahar gəlmişdi.

İyirmi səkkizində idi Mayısın,

Azərbaycan istiqlala girmişdi.

Tarixin yenə bir gözəl çağında,

Qaranlıq qış geçib bahar gələcək.

Hər hansı bir ilin aydın günündə,

Azərbaycan istiqlala girəcək!

Rəsulzadə irsinin fədakar tədqiqatçısı mərhum Nəsiman Yaqublunun nəşr etdiyi "Məhəməd Əmin Rəsulzadə Ensiklopediyası"ndan götürdüyüm bu şeir "Mayıs duyğuları" adlanır və 1955-ci ilin mart ayında Ankarada "Azərbaycan" jurnalında nəşr olunub. Bu Məhəmməd Əmin Rəsulzadənin yazdığı son şeir idi. Və son şeirində peyğəmbərcəsinə deyirdi və inanırdı ki, "Hər hansı bir ilin aydın günündə, Azərbaycan istiqlalal girəcək!" Onun həyat ilə yaşadığı bu günün dəyərini anlatmaq üçün sadəcə Məhəmməd Əmin Bəydən danışacağam. Onu anladığımızda 28 May gününün də dəyərini, fəlsəfəsini dah aydın şəkildə anlamış olacağıq.

Məhəmməd Əmin Bəyii hər zaman Azərbaycanın bütün mənalarda tamlığını daşıyan insan olaraq görürəm. Tam şəkildə bir Azərbaycanı onun ömür yolunda bütün cizgiləri ilə görə bilərsən. Siyasi mübarizə yolunda, partiya quruculuğunda, mühacirətində, şəxsi həyatının faciəsində Azərbaycanın mövcudluq tarixini sanki yaşaya bilirsən.

Bir az da mistik tərəfdən, qoyulacaq bir heykələ necə birləşdirəcəksiniz onun daşıdığı Azərbaycanı? Bəlkə də buna görə onun qəbrinin Ankaradan Bakıya köçürülməsini lüzumsuz bir addım sayıram. Məhəmməd Əmin bəy dos-doğmaca Vətən torpağımız olan Anadoludakı qəbrinə görə qürbətdə deyil ki? Dövlətin, cəmiyyətin, ayrıca Azərbaycan insanının ona münasibətinə görə qürbətdə sayıla bilər. İndi o münasibətin ortadan qalxması üçün qımıldanmalar var və yubiley ildönümlərinin ardarda rəsmi qərarlarla qeyd olunması özlüyündə müsbət təmayül olsa da, əsas olan azərbaycanlıların Məhəmməd Əmin bəyin doğru düşüncə sistemini anlamasıdır. Bu vacib amili anlayıb-anlamamaq bəsit bir yanaşma məhsulu olan Rəsulzadə yolunu gedib-getməmək üzərində siyasi cinahları müəyyən etməklə olmaz. Burada onun düşüncə kodunun doğru açılışından söhbət gedir.




Azərbaycanın etnik və dini strukturunun, siyasi gələcəyinin dəqiq təyinatını vermiş Məhəmməd Əmin bəylə bağlı bircə istəyim var: onun Azərbaycan sevgisinin və Azərbaycanı tam anlamıyla tarixdən bu günə dəqiq tanıyan təfəkkürünün, düşüncə tərzinin Azərbaycan insanına, konkret Azərbaycan siyasətçilərinə köçürülməsini istərdim. Bu köçürülmənin maddiləşmiş izahı necə ola bilər? Onun hər bir hadisəyə, tarixə, etnik sistemimizə, dini düşüncəmizə, xarakterimizə baxışını sadə dillə açaraq məktəblimizə, tələbəmizə, aydınımıza, düşünmək, öyrənmək istəyən hər kəsimizə çatdırmaq vacib bir çağırışdır. Çünki o, haçansa müasirliyini itirməyəcək, onun siyasət əxlaqı hər zaman örnək olacaq, onun ən ağır şərtlərdə belə çalışqanlığına heyran qalınacaq.

Məhəmməd Əmin Rəsulzadə “Yoxdan bir dövlət yaratdıq” deyib.

Biz də deyirik ki, aman-zaman bir dövlətimiz var, onu da rus işğalı nəticəsində İranın səfalət və xurafat bataqlığından qurtarmışıq. Allahın lütfü ilə Məhəmməd Əmin Rəsulzadə, Topçubaşov, Xoyski, Yusifbəyli və başqa dəyərli böyüklərimizin zəkası və fədakarlığı nəticəsində qurulmuş bu dövlətin altına saman, kül və başqa materialları doldurmayın, onsuz da xə¬yallara meyilli olan cəmiyyətimizi tarixin yalançı nağılları ilə al¬datmayın və bu dövlətimizin möhkəmlənməsi üçün daha realist və modern insan yetişdirilməsini təlqin edin. 



Əlbəttə, bu gün BMT-yə dövlət olaraq hansı kvadrat kilometrlə qəbul olunmaq və bu əraziyə tam suverenliyimizi tətbiq etmək çox önəmli idi. Ancaq ən önəmlisi bu dövlətə sevgi suverenliyimizin Məhəmməd Əmin Rəsulzadənin arzuladığı səviyyədə bərpa olunmasıdır.

Başa düşürəm, biri yerindən durub deyəcək ki, “yalan deyir Məhəmməd Əmin bəy, Azərbaycan dövlətinin qurucusu Babəkdir”, digəri deyəcək ki, “yoxdan var olduğumuzu” söyləsək, o zaman erməni buna nə deyər, başqası deyəcək ki, “bəs mən şah babamı sevirəm, ona görə də razılaşmıram, qaytarın mənim o boyda imperiyamı” və sairə və ilaxır. Ötən gün hətta bir diplomlu tarixçi əsəbiləşib dedi ki, əgər Əhməd Ağaoğlu “Səfəvilər bizim fəlakət tariximizdir!” deyibsə, qələt edib. Təsəvvür edirsiniz, arqument yox, bilgi yox, ermənilərə qan udduran “Difai”nin yaradıcısına, böyük mütəfəkkirə əzbərlədiyinə tərs gələn fikirlərinə görə hədyan yağdırmaqdan da çəkinmirlər.

Bu gün biz düşüncə, anlayış olaraq Rəsulzadəyə qayıda bilirikmi?. Şəxsən mən qayıtdım. Rəsulzadə şəxsiyyətini daha dərindən dərk edəndə, onun Azərbaycan üzərində böyük rolunun olduğunu görürük. Diqqət etmisinizsə, onun liderlik ambisiyası yoxdur. Onun üçün Azərbaycan bu gün hansı durumdadırsa, onun bu reallığını necə dəyişmək fikri önəmli olub. Müstəqil Azərbaycanı necə dəyişərik? Stalin Azərbaycanını necə dəyişərik? Parlamentdə mən harada olmalıyam? Milli Şuranın sədriyəm, amma burada fraksiyanın lideri olmaq uyğundur ki, fayda verə bilim...

Yol, ideya və fikir olaraq həqiqətən də Məhəmməd Əmin Rəsulzadə kursu və xətti var. Belə bir müstəqillik vizyonu mövcuddur. O illərdə Rəsulzadə cəmiyyətimiz tərəfindən şüar olaraq qəbul olunurdu. Yəni “Bir daha qalxan bayraq bir daha enməz!” “İnsanlara hüriyyət, millətlərə istiqlal!” və başqa şüarları daha qabarıq olaraq işlədilirdi. İlk əvvəl ö şüarları əzbərlədik, ancaq irsi diqqətlə oxumadıq.




Bu gün də bəzi siyasi liderlər iddia edirlər ki, biz Rəsulzadə yolunu gedirik. Biz də onları tənqid edirik ki, Rəsulzadə yolunu şüar olaraq öyrənmək başqa şeydir, onun nəzəri məktəbini anlamaq, dərk etmək və o nöqteyi- nəzərdən çıxış etmək başqa bir şeydir. Məsələn, Rəsulzadənin tarixə baxışını bu gün demokratik cinahda olan insanların böyük əskrəyiyyəti inkar edir. Elçibəyin “Azərbaycandan başlayan tarix” əsəri Rəsulzadənin tariximizə konseptual baxışı ilə zidiyyət təşkil edir. Fikrimcə, Rəsulzadənin tarix anlayışı daha obyektiv və əsaslı sayıla bilər. Biz bir çox hallarda Rəsulzadədən misal gətiririk ki, İrançılığa, türkçülüyə, Azərbaycanın etnik mənzərəsinin formalaşmasına münasibət necə olmalıdır. Əzbərlədiklərinə uyğun gəlmədiyindən, deyirlər ki, bəs bu məsələdə o yanılıb. Biz indiyədək düşündüyümüzdə qalırıq. Sonra da durub təkrar bağırırlar ki, guya Rəsulzadə yolu gedirlər.

27 may 1918-ci ildə Azərbaycan Milli Şurası elan olundu və məhz bu Milli Şura dövlət hakimiyyətinin ali orqanı kimi fəaliyyətə başladı. Milli Şuranın həmin gün keçirilən iclasında Rəsulzadə özü iştirak etmədiyi halda, sədr seçildi. "İttihadçılar"dan başqa hər kəs onun lehinə səs verdi. Bu zaman Rəsulzadə Hacınski ilə birlikdə Batumda Osmanlı Dövlətinin nümayəndə heyəti ilə Zaqafqaziya Seymi nümayəndə heyətinin tərkibində danışıqlar aparırdı. Özü iştirak etməyə-etməyə lider olaraq seçilməsi onun həmin dövrdəki ictimai-siyasi nüfuzunun göstəricisi idi.




Azacıq demokratiya haqqında təsəvvürü olan kimsələr anlamalıdırlar ki, Rəsulzadə xarakter və düşüncə baxımından demokratik şəxsiyyət olub və bunu ən çətin şərtlərdə ölkə həyatına tətbiq etməkdən çəkinməyiblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentini götürüb təhlil edin, görərsiniz ki, orada həm millətçilər, həm də islamçılar var idi, hətta ermənilər də təmsil olunurdular. Kommunistlərlə müsavatçıların baxışları üst-üstə düşmürdü, ancaq bu görüşün ardıcılları da parlamentdə mövqelərini sərbəst ifadə edə bilirdilər. 

Bu gün Rəsulzadənin ünvanına müxtəlif qərəzli fikirlər səsləndirilirsə, buna da bir az dözümlü yanaşmaq lazımdır. Bəlkə də bu, cəmiyyətin mövzuya daha həssas yanaşması üçün faydalı ola bilir. Rəsulzadəni nə qədər əsassız ittiham edirsənsə, onun haqqını tanımaqdan imtina edirsənsə, əksinə, bu böyük şəxsiyyətə qarşı sevgini daha çox artırmış olursan. İnsanlar irad və ittihamların doğruluğunu anlamaq üçün daha çox dövrün tarixini öyrənməyə meyl edirlər. Belə qərəzli açıqlamalar həmin insanların özünə daha çox hörmətsizlik gətirir, Rəsulzadənin özünə nə hörmətsizlik gətirə bilər ki?..

Azərbaycan tarixində Məhəmməd Əmin Rəsulzadə qədər yetkin siyasi-ideoloji hazırlığa sahib və müstəqil dövlət quruculuğunda əvəzsiz rolu olan bir siyasi liderdir. Onun tarixi dəyərini aşağı salmaq üçün edilən cəhdlər dəfələrlə isbatlanıb ki, cəmiyyətdə ciddi qarşılanmır. Rəsulzadənin yüksəltdiyi və ideya müəllifi olduğu bayrağı, himni və dəyərləri bu gün Azərbaycan xalqı yaşadırsa, artıq bundan böyük və qalıcı nə qiymət düşünülə bilər ki?..

Sirr deyil ki, tarixən Azərbaycan xalqı mahiyyət yox, epizod vurğunu olub. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının mahiyyətidir. Mahiyyəti dərk etmək üçün isə üzun müddət vaxt tələb olunur. Biz xalq olaraq mahiyyətə yox, epizoda bağlı millət olduğumuzdan epizodlara daha çox dəyər veririk. Dində də epizoda dəyər veririk, siyasətdə də, hər bir şeydə rahatlıqla görə bildiyimizə dəyər veririk. Ümumiyyətlə, gözümüz qarşısında olan hadisələri dəyərləndirmək bizim üçün çox asan olur. Lakin düşünərək dərk etdiklərimiz çox çətin olur. Məhəmməd Əmin Rəsulzadəni dərk etmək üçün isə düşünərək dəyər vermək lazımdır və bir şəxsiyyəti düşünmədən dəyərləndirəndə nəticələr heç də ürəkaçan olmur. Bu məsələlərdə daha sağlam xətt olmalıdır.

Azərbaycan çağdaş siyasi düşüncə sisteminin yaradıcısı və qoruyucusu Məhəmməd Əmin bəy, Azərbaycan xalqının, buradakı Türk etnosunun varlığının qoruyucusu isə Nuru Paşadır. Bu iki nəhəng simanı bizlər qoşa qanad kimi həmişə yüksək məqamlarda, qəlbimizin baş köşəsində tutmağa yalnız borclu deyilik, həm də məhkumuq.




Azərbaycan xalqının diriliş gününü, xalqın öz siyasi şəxsiyyətini qazandığı günü şükranlıqla anmamızın əsas səbəbi budur ki, bu günü bu millətin o zamankı nəsli olmayan siyasi coğrafiya, olmayan ordu, olmayan dini təsisat, olmayan paytaxt, olmayan ədəbi dil amilləri üzərindən icad edə bildilər. Hər tərəfdən vücuduna caynaq atılmış tarixi Vətənimiz vardı, təəssüf ki, bu Vətənə şəxsiyyət qazandıran dövlətimiz yoxdu. Rus ordusundan qalan bir neçə generalımız vardı, qaçaqlarımız, qoçularımız vardı, lakin əsgərimiz yoxdu.

Bizi bir ərazini dolduran kütlədən hürr bir dövlətin vətəndaşı mərtəbəsinə yüksəldən bu günün lazımınca dəyərini verdiyimizi düşünmürəm. Bu böyük bir kəşf idi, bu heç bir ciddi dövlət təcrübəsi olmadığı halda şəraitin qısa müddətdə müdrik siyasətçilərə və dövlət adamlarına çevirdiyi Məhəmməd Əmin bəyin, Əlimərdan bəy Topçubaşının, Fəthəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Üzeyir bəy Hacıbəylinin, Xosrov bəy Sultanovun, Mustafa bəy Vəkilovun, Həsən bəy Ağayevin, Behbud bəy Cavanşirin və adını çəkməklə səhifələrin dolub daşacağı minlərlə adlı və adsız qəhrəmanların sayəsində mümkün oldu. Bu dövlət ideyasının arxasında savadlı, müasir dünyagörüşlü xalq yoxdu, ixtisaslaşmış ziyalı təbəqəsi formalaşmamışdı, xurafatın, cəhalətin tüğyan etdiyi bir məmləkətdə ayrı-ayrı Vətən fədaisi olan şəxsiyyətlərin çiynində ucalırdı bu Azadlıq abidəsi.



Məhəmməd Əmin bəy Torpaq-Vətən anlayışını Şəxsiyyət-Vətən anlayışına çevirərək, Azərbaycanı bir ölkədən o birinə daşıdı, ona üçrəngli bayrağın dalğasından doğan rüzgarla yaşam verdi. Ona görə müstəqillik günümüz sıradan bir gün deyil, ruhani bir məqamdır, düşünmək anıdır, zikr fürsətidir. Əldə etdiyi nemətin dəyərini bilməyən xalqlar ya onu ucuz satacaqlar, ya da əllərindən yerə salıb sındıracaqlar, param-parça edəcəklər. İnsanlar nəyi qoruduğunu bilməlidirlər, insanlar bu nemətin üzərində böyük insanların haqlarını qədim əlyazılarını oxuduqları çətinliklə də olsa oxmalıdırlar.

Məhəmməd Əmin bəy Azərbaycan tarixinə ən realist və cəsarətli qiymət verən bir düşünürdür. Azərbaycanın bir coğrafi məkan olaraq türkləşməsi hadisəsini XI-XII əsrlərdə Oğuz-Türk kütlələrinin axını faktının üzərində təhlil edərək, tarixə xəyalçı baxışı realist məcraya qaytarmışdır.

Məhəmməd Əmin Rəsulzadənin nə dərəcədə uzaqgörən bir lider olduğunu anlamaq üçün irsinə müraciət etmək lazımdır. Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, dəyərli aydınımız Şirməmməd Hüseynovun tərtib etdiyi M. Ə. Rəsulzadə əsərlərinin 5-ci cildində bu günümüzdən 98 il öncə, yəni 14 noyabr 1918-ci ildə Azərbaycanın xilaskarı Nuri Paşanın şərəfinə Bakıda verilən ziyafətdə böyük öndərin bir nitqi yer alıb. Məhəmməd Əmin bəyin həmin nitqində elə bir məqama toxunub ki, bu gün tariximiz üzərində hoqqabazlıq edənlərə, tariximizi İrançı zehniyyətin baxış bucağından təhlil edənlərə hər zaman anlamlı bir cavab da sayıla bilər.



Azərbaycanın milli lideri Məhəmməd Əmin Rəsulzadə həmin tarixi çıxışında XVI əsrdə Osman Paşanın Azərbaycana gəlişini, XX əsrdə Nuri Paşanın gəlişi ilə eyniləşdirərək, hər iki hadisəni Azərbaycanın qurtuluş tarixi kimi qəbul edir. Bəli bunu, Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə deyir.

Onu səhti oxuyub keçənlər heç vaxt Azərbaycan dövlətinin quruluş fəlsəfəsini, Türkiyə-Azərbaycan qardaşlığının gerçək dəyərini anlaya bilməzlər! Millətimizin böyük siyasi dühası Məhəmməd Əmin Rəsulzadə elə bu səbəbdən də başqa bir məqaləsində yazırdı ki: “Tarix, əlbəttə hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar.”

Nə qədər müdhiş bir təsbit! Sıralamaya diqqət edin, bir millətin varlığı, gələcək istiqlalı üçün məsuliyyət daşıyan subyektlərini dəqiq açıqlamaq gerçək bir dahinin işi ola bilər. Odur ki, kimsə özünə camaatam deyib və yaxud cahiləm deyib kənara burulmasın. Hamının bircə-bircə məsuliyyəti var. Alimlər tənbəlliyindən məsuliyyət daşıyır. Gözəl ifadədir, deyilmi?

Ona görə də Rəsulzadə irsini Azərbaycanı anlamaq istəyən hər kəsin bir daha diqqətlə oxuması, öyrənməsi farzdır. Sözümüzün kəsəsi budur ki şüar kimi əzbərlənən Rəsulzadə ilə düşüncə sistemi olaraq mənimsənilən Rəsulzadə arasında fərqlər çox böyükdür.

Rəsulzadə rus işğalının yaratdığı faciəli məqamların üzərindən başını qaldırıb onun Azərbaycan türklərinin müasir xarakterinin formalaşmasında müsbət rolunu oxuya bilmişdir. O, Türkmənçaya sadəcə mexaniki ayrılma hadisəsi olaraq deyil, xalqın bir hissəsinin çağdaşlığa açılan şansı kimi qiymət verən ilk siyasətçidir.

Rəsulzadə fərqli adlarla adlandırılan, hətta bəzən dini kimliyi ilə tanıdılan xalqımıza siyasi və etnik adını qaytara bilmişdir.




Rəsulzadə qan, vicdan və əməl anlayışlarının sintezini bayrağa köçürə bildi. Bu dövlətin əsas məsuliyyətinin aparıcı etnos olan türklərin üzərində olduğunu, türklərin də digər xalqların hüquq və azadlıqlarının demokratik və unitar dövlət çatısı altında qorunmasında məsuliyyət daşıdığını vurğuladı. Müasirliyə birləşdirici çalar gətirərək, milli obrazda, İslam inanc dəyərləri ilə çağdaş əməllə yaşamağın qaçılmaz olduğunu söylədi. İmansız bir cəmiyyətin sağlam dövlət düşüncəsini bünyəsində daşıya bilməyəcəyini üçüncü rəngdə əks etdirdi. Elə bir real sintez yaratdı ki, bununla Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının ideal kimi götürüləcək xarakterinin qalıcı forması müəyyənləşmiş oldu. Bu üç mənanı içində birləşdirməyən kimsənin Azərbaycan təsəvvürlərində bir natamamlıq olacağının işarəsini verdi.

Rəsulzadə bir siyasi lider olaraq on səkkiz ay yaşaması mümkün olan bir milli dövlətin gələcəkdə yenidən yaşaması üçün beynəlxalq sertifikat aldı, mülkiyyət kağızını təsdiqlətdi. Və bu hüdudları Kommunist Rusiyası nə qədər azaltmağa çalışsa da, ümumi sənədi silməyi bacarmadı.

Bu böyük lider mühacirət yaşamında da çantasında bir kağız sənəd və qəlbində isə bir ruh gəzdirirdi: “Azərbaycanın müstəqilliyi!” Avropanın hər yerində fərqli ideologiyalara sahib hökumətlər iş başındaydı. Rəsulzadə bir siyasət adamı kimi solçu ilə də, sağçı ilə də, mərkəzçi ilə də, faşistlə də, kommunistlə də görüşməyə hazır idi və imkan tapdıqca görüşürdü və birinci sualını sorurdu: “Siz kommunist əsarətində olan Azərbaycanın müstəqilliyini tanıyacaqsınızmı?” 

Kimsə bu müstəqilliyi tanımaq istəmirdi və Rəsulzadə də Azərbaycanın müstəqilliyini tanımaq istəməyəni tanımaq istəmirdi. O, faşistlər tərəfindən əsir götürülmüş azərbaycanlıları xilas edərək milli davaya cəlb etməyə çalışırdı.




Maraqlıdır ki, Rəsulzadə üçün yalnız bir qırmızı xətt mövcud idi: Azərbaycanın müstəqilliyi. Bir tək quru canı ilə Avropada at oynadan Hitlerin ət maşınının qarşısında “Azərbaycanın müstəqilliyini tanıyacaqsanmı?” şərtini qoymaqdan böyük qəhrəmanlıq nümunəsini haradan tapa biləcəksiniz? Bu müstəqilliyə birmənalı münasibət ortaya qoymadığına görə hətta sığındığı qardaş Türkiyəni tərk edərək, bu davaya dəstək verə biləcək dövlətləri bir-bir gəzərək təkliflərini ortaya qoymamışdımı?

Rəsulzadə milli dövlətlə sosial dövlətin vəhdətini Milli Təsanüd konsepsiyasında ortaya qoydu. Özünün ideoloji baxışlarında çevik dəyişiklik edə bilən, insanı hər cür ideologiyanın üzərində görən siyasət anlayışını təqdim etdi. Azərbaycanın müasir dövlət modelinin Milli Təsanüd təməlində qurulmasının istiqamətlərini nəzəri baxımdan əsaslandıra bildi.

Məhəmməd Əmin bəyin ədəbi-siyasi düşüncəsinin mühüm əsəri olan “Əsrimizin Siyavuşu” Turan-İran mədəniyyət dairəsinin bir sintezi kimi Azərbaycanın gələcəyinin dəqiq təyinatını izah etdi.

Azərbaycan legionunu təşkilatlandırdı, Türkiyədə Azərbaycan Kültür Dərnəyini qurdu, qəzetlər, jurnallar nəşr edərək Azərbaycan davasını, onun müstəqillik savaşını hər məqamda canlı tutdu.

Bir aydınla praktik siyasətçinin məsuliyyət fərqləri böyük. “Mən yazmışdım” demək, hələ bir fikrin real həyatda gerçəkləşdirilməsi mənasına gəlməz. Praktik siyasətdə yazılanların gerçəkləşdirilməsi yüzlərlə əngəllərlə qarşılaşa bilər. Aydın üçün kəlləni vermək riski siyasətçidən qat-qat azdır. Yazdığının məsuliyyəti vicdani sərhədlərin içində yekunlaşır. Siyasətçinin hansısa tarixi məqamda etdiyi və ya etmədiyi milyonlarla insanın, bir millətin, bəzən də bəşəriyyətin çöküşünə və ya qalxışına səbəb ola bilir. Ona görə də aydın obrazında təqdim olunan insanları siyasətçilərlə müqayisə edərkən bu məqamları diqqətdən qaçırmamalıyıq. Azərbaycanda son yüzilin ayrıca fikir istehsalçısı olan aydınları olub: Axundov, Seyyid Əzim, Zərdabi, Ağaoğlu, Hüseynzadə, Mirzə Cəlil və daha kimlər. Rəsulzadə ona görə keçmişin və indinin hər bir aydınının və siyasətçisinin fövqündə dayanır ki, həm tarix-indi-gələcək müstəvisində doğru mühakiməsi olan aydın, həm də realist düşünən siyasətçi kimliyini birləşdirən bəlkə də tək bir simadır.



Bu yazıda mən Məhəmməd Əmin bəyi necə sevməkdən danışmıram. İnsan duyğularının içinə girmək bizim həddimiz deyil. Onu necə anlamaqdan, anlatmaqdan danışıram. Azərbaycanı onun qədər sevmək, doğru düşünmək, düşündüklərini yılmadan, usanmadan yazmaq, hərəkət etmək və bütün bunların axarında da insan dürüstlüyünü itirməmək yetərlidir Rəsulzadəyə bənzəmək üçün.

Hər bir doğru düşünən azərbaycanlının öz Məhəmməd Əmin Rəsulzadəsi olmalıdır. Çünki doğru düşünən azərbaycanlı həm də Məhəmməd Əmin Rəsulzadəni öz obrazında yaşadan azərbaycanlıdır. Hərdən düşünürəm: Ötən əsrin başlarında doğulsaydım, siyasətdə, ədəbiyyatda kimin yerində olmağı arzulardım. Yerində olmağı düşündüyüm xüsusi bir obraz axtarışım hələ də davam etməkdədir. Ədəbiyyatda heç tərəddüdsüz Mirzə Cəlil obrazı dərhal gözümün önünə gəlir. Siyasətdə isə daha çox Məhəmməd Əmin Rəsulzadə obrazının yerində olmaq daha cazibəli görünür. Xüsusilə siyasətdə Məhəmməd Əmin bəyin yerinə düşünərdim ki, dövrün şərtlərinə uyğun daha nələri etmək mümkündür?

Yenə də o qənaətə gələrdim ki, Məhəmməd Əmin bəyin etdiklərinə əlavə heç nə edə bilməyəcəm. Çünki onun uzaqgörənliyinə, onun təfəkkürünə yetişmək mənim üçün əlçatmaz bir şeydir. Adamın həm təqdim etdiyi siyasətçi modeli, həm də bütün tarixi şərtlərdə dəyişməyən ziyalı obrazı çox nadir şəxsiyyətdən bəhs etdiyimizi göstərir. Hərdən öz xarakterimi çək-çevir edəndə görürəm ki, kiməsə əsəbləşəndə söyüş söyə bilərəm, kimisə yerində oturtmaq üçün hansısa bir sərt üslub seçə bilərəm. Ancaq Məhəmməd Əmin Rəsulzadənin hansısa məqamda davranışlarında bunu görmürəm. Rəsulzadə bütün situasiyalarda ziyalılığından uzaqlaşa bilməyən bir şəxsiyyətdir. Onun səbri, bir hədəfə doğru soyuqqanlı addımlaması çox tarixi obrazlar içində nadir hallarda rast gəldiyim cəhətlərdir.

Yenə də o düşüncədəyəm ki, bizim üçün hər şeydən öncə intellekti ilə nəyisə dəyişə biləcək insanlar qəhrəman obrazına daha uyğundur. Məhz bu səbəbdən də Rəsulzadənin kəşf etdiyi bayrağın rəmzlərinə möcüzə kimi baxıram. Rəsulzadənin kəşf etdiyi Azərbaycan dövlətinə möcüzə kimi baxıram. Heyrətlə anlamağa çalışıram ki, ortada oxumuş, təhsilli, yetkin bir xalq olmadığı halda, belə bir kəşfə necə imza atmaq mümkün olmuşdur? Bunu yüz cəngavər, yüz qılınc vura bilən adam edə bilməzdi. Bu baxımdan da tarixdə qəhrəman obrazını düşüncə insanlarının sırasında axtarmağa daha artıq maraq göstərirəm.



Ancaq Azərbaycanin gəlib-getmiş bu maarifçi düşünürlərinin nə demək istədikləri, hədəflərinin nə olduğu az-çox mətndən başı çıxanlar üçün tam aydındır. Adam az qala üzünü tutub bu din yobazlarına hayqırmaq istəyir ki, Rəsulzadənin bizə miras qoyduğu bayraqda Islam bütündür, sizlərin bayrağında İslam bir məzhəbdən ibarətdir. Millətçi yobazlara üz tutub hayqırmaq istəyir ki, Rəsulzadənin miras qoyduğu bayraqda Türklük bütündür, sizin bayrağınızda Türklük marjinal bir qızılbaşlıqdan ibarətdir. Saxta demokratlara üz tutub hayqırmaq istəyir ki, Rəsulzadənin miras qoyduğu bayraqda demokratiya, tolerantlıq bütündür, sizin bayrağınızda tolerantlığa, başqa cür düşünməyə yer yoxdur.

Sadəcə, Məhəmməd Əmin Rəsulzadənin baxışlarına istinad etməklə bu mövzuda bütün əks arqumentləri çözmək mümkündür. Maraqlıdır ki, Rəsulzadəni şüar olaraq əzbərləyənlər mətn olaraq zərrə qədər də anlamamışlar. Şəklini profilinə qoyanların xeyli hissəsi nadanlığın, cahilliyin tərənnümçüsü kimi çıxış edirlər. Sadəcə, Rəsulzadənin tarixə, dinə baxışını dəqiq araşdırmaq yetərlidir ki, laik bir dövlət modelinin mahiyyətini dəqiq təsəvvür edə biləsən.

Rəsulzadə fikir adamıydı, hər bir problemə öz baxışı vardı, Atatürk isə praktik bir zəkaya sahibdi, tezislərin çoxunu Ziya Gökalpdan, Əhməd Ağaoğlundan götürmüşdü. Sadəcə, bir çox nadanların Əhməd Ağaoğlunun “İran və inqilabı” əsərini oxuması yetərlidir ki, doğru yanaşmanın necə olduğunu öyrənsin. Burada problem inanc və ya inancsızlıq məsələsi deyil, çünki modern dünyada hər bir kəsin hürr seçimi var. Söhbət din adı altında elə minaların işə düşməsindən gedir ki, bunlar az-çox qazandığımız modern dəyərləri ilk fürsətdəcə darmadağın edə bilər. Ona görə də bütün düşünən insanların, fikir, düşüncə fərqliliyini bir tərəfə buraxıb, məhz Rəsulzadə platformasından cəhalətə qarşı vahid cəbhədə yer alması qaçılmazdır.

Düşünürəm ki, əsasən həlledici tarixi anlarda millətimizin taleyi üçün daha optimal qərarların alınması məsələsində onun yerinə olub, nələrisə əlavə edə bilərdim, ancaq yenə də bu əlavələri tapmaqda çətinlik çəkirəm. Rəsulzadənin mükəmməlliyi, dahiliyi məhz bu məqamda axtarılmalıdır. Onun əvəzolunmaz yerində…

Bu əlbəttə ciddi təhlil mövzusudur, səbəbləri doğru araşdırılmalıdır, ancaq bütün hallarda "müstəqilliyin qorumağı bacarmadılar" yarlığını o kişilərin üzərindən asanların ən azı tarix bilgisi və anlayışı sıfır səviyyəsindədir, deyə düşünürəm. Onlar mümkün olandan qat-qat artığını etdilər.



28 Aprel və 28 May antoqonist fenomenlərdir. Azərbaycanda hazırda üç kateqoriya insan boy göstərir. Birincilər 28 Apreldən bircə qarış da irəliyə məsafə qət etməmiş varlıqlardır. Onlar əsasən mədələrini tutub Sovet nostalgiyasını daşıyanlardır. İkincilər bu iki stansiya arasında var-gəl edənlərdir. Hansı stansiyaya qatar erkən gəlsə, ona minib laqeydcəsinə gedişatı pəncərə arxasından seyr edənlərdir. Üçüncülər isə 28 Mayı öz insan varlıqları ilə birləşdirənlər, milliləşdirənlərdir. Onlar üçün 28 Maydan 28 Aprelə dönüş əbədi olaraq qapalıdır. Onlar 28 Mayı qazandırmış böyüklərin ruhunu köçürdüyü insanlardır. Vətən üçün bütün dövlərlərdə şəhid və qazi olan insanlarımız, müstəqilliyimiz üçün ürəklə, qələmlə, sözlə savaş vermiş insanlarımız məhz üçüncü kateqoriyadan olanlardır.




Bu müstəqilliyin baş memarı heç şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadədir. Bir məqamı unutmayaq: mədəni dünyagörüşümüzün təməli Mirzə Fətəlidən, Əhməd Ağaoğlundan başlayır, siyasi dünyagörüşümüzün nəzəri əsasını isə Məhəmməd Əmin bəy qoymuşdur. Maraqlıdır ki, bu üç şəxsiyyətin müqəddəs sümükləri Tiflisdə, İstanbulda və Ankaradadır, Azəbaycanda deyil. Demək ki, müstəqillik ruhunun daşıyıcısı olmaq üçün varlıq olaraq, qəbir olaraq heç də Azərbaycanda olmaq önəmli deyil. Sadəcə və sadəcə Azərbaycanla iç-içə, can-cana olmaq önəmlidir.

Bizim tarix ədəbiyyatında qarşılaşdığımız bir deyim var: Xalq cümhuriyyəti təəssüf ki, 23 ay yaşadı. Buradan ritorik sual doğur: “Sonra öldümü?” Ümumiyyətlə dövlətə bir ideya kimi baxılmalıdır. İdeyanın maddi həyatda varlığı zamanı doğan fasilələr onun öldüyü mənasına gəlməz. Necə ki, 1992-ci ildə qurulan müstəqil Azərbaycan Respublikası da bu ölümsüzlüyün bir göstəricisidir.

Öndərimiz Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cumhuriyyəti” əsərində əsaslı şəkildə vurğulayırdı ki: “Azərbaycanlılar milliyət etibariylə türk, din etbariylə İslam, mədəniyət əsasıiyla Şərqlidirlər”. 

Məhz mədəniyyəti şərqli olan farslaşmış “mirzə”lərlə ruslaşmış “uçutellər” çox vaxt anlaşa bilmədilər və xalqın problemlərini dərindən görə bilmədilər. Az sonra rus məktəbi vasitəsilə mədəniyyəti az-çox dərk etmiş ziyalılar ilə xalq arasında anlaşma dövrü başladı. Məhz bu məktəb faktorunun dəyərini hələ də anlamadığımıza görə cumhuriyyətimizin mahiyyətinə də vaqif olmamız arzuolunan səviyyədə deyil.

Bu məktəblərin mövcudluğu 1905-1914-cü illər arasında on illik kiçik fasilə Azərbaycan türklüyünün mütərəqqi mətbuata, fərqli müəssisələrə, siyasi qururluşlara, zamandan və məkandan anlayan ziyalılara malik idrak və şüur sahibi bir cəmiyyət halına gəlməsinə imkan yaratmışdı. Cumhuriyyət ideyası əsasən bu təməldə gündəmə gələ bilərdi.

Məhəmməd Əmin bəy! Azərbaycan adını şərəfləndirən zəki və nəcib insan! Bu millətə müstəqillik əxlaqını mənimsətdin, müstəqilliyin dəyərini canına hopdurdun. Sadəcə sənin şüarlarını əzbərləyənlərin çoxluğu səni hər anımızın düşüncə kitabına deyil, bir sevgi bütünə çevirməyi bacardı. Siyasət əxlaqını, tarixə baxışını, düşüncə irsini yetərincə öyrənmədilər. Bir çox hallarda da yoxluğunda böyüyən varlığını görməzdən gəldilər. Halbuki Azərbaycan adı Vətən dediyimiz bir tarixi coğrafiyanı birləşdirdiyi kimi, sənin də adın bu coğrafiyada yaşayan bütün istiqlalsevər insanları birləşdirən məqamdır. Sənin doğuşun həm də bu gün Azərbaycan ruhunu canında yaşadan hər kəsin doğuşudur. Sənin müstəqillik yolunu izləyənlər, kaş ki, siyasi nəcibliyini də, düşüncə aydınlığını da anlasaydılar. Bambaşqa, aydınlıq dolu bir Azərbaycan olardıq. Ruhu sözüylə, yazısıyla, Azərbaycan adlı kəşfiylə anılan tək insan.

Himnimizin sonunda dörd dəfə “Azərbaycan” sözü təkrarlanır. Şahidlər söyləmiş ki, Məhəmməd Əmin bəy şəhidlik məqamına qovuşduğu anlarda üç dəfə “Azərbaycan!” söyləyərək canını tapşırmış. Duyumum onu deyir ki, həmin dördüncü “Azərbaycan”, bizim nəslin yaşadığı Azərbaycandır. Dördüncü “Azərbaycan”ı Məhəmməd Əmin bəyin şəhadəti zamanı söylədiyi həmin üç “Azərbaycan”a hökmən bağlamalıyıq ki, müstəqillik ritmimiz heç vaxt pozulmasın.

Bu anlatdığım da mənim Rəsulzadəm idi...




Oxunub: 498
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:38 | Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
    Bu gün, 12:35 | Azərbaycan millisinin futbolçusu əməliyyat olundu
    Bu gün, 11:59 | Stressi aradan qaldıran vaksin təqdim edilib
    Bu gün, 11:46 | Gözəllik məhsullarında zəhərli kimyəvi maddələr aşkar edilib
    Bu gün, 11:43 | Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
    Bu gün, 11:41 | Bələdiyyə üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşüb
    Bu gün, 10:10 | “Deyirlər ki, ərin hara baxır...”
    Bu gün, 10:07 | Premyer Liqada IX tura bu gün yekun vurulacaq
    Bu gün, 09:57 | Paytaxtda SÖKÜNTÜ: Hansı ərazilər plana düşüb? - VİDEO
    Bu gün, 09:35 | Yayda toz-torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi - VİDEO
    Bu gün, 09:13 | Bakı–Qazax magistralında QƏZA: Ölən və yaralananlar var
    Bu gün, 01:40 | Ağstafada yol-nəqliyyat hadisəsi baş verib
    Dünən, 22:38 | Zabil Qəhrəmanov haqda qərar verildi - Yenilənib
    Dünən, 22:33 | Leysan, dolu, sulu qar...
    Dünən, 22:23 | Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı
    Dünən, 22:15 | Xocalıda çəkilən YENİ KADRLAR: Ermənilər Xan yadigarını bərbad hala salıblar - VİDEO
    Dünən, 22:11 | Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 22:05 | İnfarkt keçirib, 5 saniyədə vəfat edib: 31 yaşlı məmurun ölümünün TƏFƏRRÜATLARI - FOTO
    Dünən, 21:58 | AĞDAŞ POLİSİ GÖYÇAYLI DƏLƏDUZU HƏBS EDİB – Fermerlərin külli miqdarda pulunu mənimsəyib (FOTO+VİDEO)
    Dünən, 21:56 | Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir (VİDEO)
    Dünən, 21:52 | İNSANOVUN “MEHDİYEVÇİLİYİ” VƏ “ANTİMEHDİYEVÇİLİYİ” – Dünən və bu gün... (VİDEO)
    Dünən, 21:49 | Türkiyə fəlakətlə üz-üzə: Ərdoğan TƏCİLİ çıxış etdi
    Dünən, 21:44 | “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında heç-heçə
    Dünən, 19:31 | Kürdəmirdə ağır yol qəzası baş verib, 4 nəfər ölüb
    Dünən, 19:28 | Paşinyan keşişlərin intim videolarını yaydırdı – Ermənistan ÇALXALANIR
    Dünən, 17:33 | "Ya pul verməlisən, ya da obyekti bağlamalısan" — AQTA və qəssablar arasında qalmaqal - VİDEO
    Dünən, 17:31 | Emin Əmrullayev vəzifəsindən YOLA SALINIR
    Dünən, 17:27 | Anar Əsədlidən şikayət edən 4 nəfər kimdir? - ADLAR
    Dünən, 17:24 | Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
    Dünən, 17:22 | Rəqsanə İsmayılova azadlığa çıxır? - VİDEO
    Dünən, 15:56 | Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi: "Yarım iş vahidində çalışır"
    Dünən, 15:52 | AĞAMALILARIN PARTİYASINDA BİABIRÇILIQ - Ata oğlunu qovdu, qızını isə...
    Dünən, 15:45 | Onlayn qumar oyunlarında bank kartlarının alqı-satqısını həyata keçirən beş dəstə ifşa edilib
    Dünən, 11:40 | Ağstafada 41 yaşlı müəllimə dərs zamanı qəfil dünyasını dəyişdi
    Dünən, 10:38 | Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova İTTİHAM ELAN OLUNDU
    Dünən, 10:34 | Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
    Dünən, 10:23 | Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb
    Dünən, 10:21 | Bakıda Zəfər Günü münasibəti ilə konsert olacaq
    Dünən, 10:18 | Ekspert: “Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər”
    Dünən, 10:15 | İki türk dövlətinin əməkdaşlığı regional gücə çevrilir: Qazaxıstan və Azərbaycan birliyi - "Kaspi"nin ŞƏRHİ
    Dünən, 10:05 | SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT - Cavanşir Paşazadə “facebook”-da özünü necə ”reklam edir”?
    Dünən, 09:35 | Kiyev ballistik raketlərlə atəşə tutulub
    Dünən, 09:26 | Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
    Dünən, 09:07 | Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: PROSES BAŞLADI
    Dünən, 09:02 | Ramiz Mehdiyevlə Qalinanın evlənməsinin ŞOK SƏBƏBİ
    Dünən, 09:00 | Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım etdi
    Dünən, 00:00 | Qubadlı şəhərinin işğaldan azad edilməsindən 5 il ötür
    24-10-2025, 21:04 | “Turan Tovuz” liderliyə yüksəldi, “İmişli” səfərdə “Kəpəz”ə qalib gəldi
    24-10-2025, 20:55 | FƏRİD QAYIBOV BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏN GƏNCLƏRLƏ GÖRÜŞÜB
    24-10-2025, 20:54 | Biabırçı vəziyyətdə olan məktəbdən görüntülər: "Uşağın üstünə aşsa, kim cavab verəcək?"
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.