Ağstafada 28 May – Müstəqillik Gününə həsr olunmuş “Biz Birlikdə Güclüyük: Müstəqillik Sevinci” adlı tədbir keçirilib
2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş tədbir rayonun Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb binasında təşkil olunub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının və Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin məsul şəxsləri, eləcə də fəal gənclər iştirak ediblər. Tədbirdə natiqlər mövzuya dair geniş məruzələrlə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, xalqımızın qədim dövlətçilik ənənələrindən söz açıblar. Xüsusi ilə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən tarixi Qələbə ilə ayrılan Azərbaycan xalqı artıq beşinci ildir ki, 28 May – Müstəqillik Gününü ərazi bütövlüyü bərpa olunmuş suveren ölkə kimi qeyd edir. Artıq işğaldan azad edilən qədim torpaqlarımızda bütün əlamətdar bayramlarımız kimi, 28 May günü də böyük qürur hissi ilə qeyd olunur. Tədbirdə istedadlı yeniyetmə və gənclərin təqdimatında vətənpərvərlik ruhunda çıxışlar və musiqi nömrələri nümayiş etdirilib.